Məşhur həkim yanvarda Azərbaycanı gözləyən vəziyyəti açıqladı - VİDEO

Məşhur həkim yanvarda Azərbaycanı gözləyən vəziyyəti açıqladı - VİDEO"Əldə edilən məlumatlara əsasən, "omikron" ştamı əvvəlki mutasiyalardan fərqli olaraq yüngül formalıdır, qanda oksigenin azalmaması, yəni saturasiyanın aşağı düşməməsi ilə müşahidə olunan xəstəlik olacaq. Əksər hallarda hospitalizasiyaya ehtiyac olmayacaq. Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, xəstəxanaya o qədər çox insan düşməyəcək, təbii ki, bəzi hallar istisna olmaqla. Lakin yoluxduruculuq dərəcəsi yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, səhiyyə sistemini iflic vəziyyətə qoyacaq".

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim-pulmonoloq Eldar Zeynalov deyib.

Həkim bildirib ki, "omikron" ştamı ilə bağlı təzadlı fikirlər mövcuddur:

"Yumşaq getməsi və geniş yayılması məsələsi var. Təhlükəli olan əslində "omikron" deyil, "delta" və "delta plus" ştamının tam yox olmaması məsələsidir. Nisbətən təhlükəli demikron ola bilər. Bu, ayrı bir ştam deyil. Demikron "delta" ilə "omikron" virusunun eyni zamanda insana yoluxmasıdır, iki virusun birdən insan orqanizminə daxil olması deməkdir. Odur ki, burada istər-istəməz vaksinasiyaya daha çox üstünlük verilir. Operativ Qərargahın brifinqdə vaksinasiya xüsusilə vurğulandı. Bu, vacib məsələlərdən biridir. "Omikron" yüngül olduğuna görə alimlər onu virusun və pandemiyanın sönməsinin müjdəçisi adlandırırlar. "Omikron" mutasiyasından sonra yeni virusun gəlmə ehtimalı çox aşağıdır. Təxminən yaz aylarının sonu, yay aylarının əvvəlində maskalardan qurtulmaq və normal həyata qayıtmağımız, ümumiyyətlə, pandemiyanın yekunu görünür".

Pulmonoloq qeyd edib ki, pandemiyanın başa çatması üçün vaksinasiya mühüm şərtlərdən biridir: "2022-ci ildə vaksinasiya güclənib yekunlaşmağa doğru getməlidir, tam vaksinasiya olunmalıyıq. Yeni preparatlar qəbul olunub. Onlar hazırda testdən keçirilir. Gələn kimi əhaliyə məlumat veriləcək və istifadə olunma məsələsi gündəmdə olacaq. Əlimizdə olan preparatların əksəriyyəti bu viruslara qarşı geniş təsir göstərə bilmədiyi üçün nisbətən daha yeni müalicə protokolları hazırlanır. Təbii ki, dünya üzərində kliniki tədqiqat aparılır.

Azərbaycandakı pandemik vəziyyətin nə zaman azalacağına gəlincə, 2 illik aparılan statistikaya baxsaq, görərik ki, dalğanın gəlişi və çəkilməsi, xəstəliyin azalması adətən 2 ay müşahidə olunub. Təxminən yanvar ayının ortalarına kimi virusda azalmalar müşahidə olunacaq, minimum səviyyəyə düşəcək. Odur ki, yanvarın ortalarından etibarən yoluxmalarda artım gözlənilir. Bunu apardığım müşahidələrin nəticələri kimi deyirəm. Artımın olması heç kimi qorxutmasın, çünki Azərbaycan səhiyyəsi pandemiyanın yeni dalğasına tam hazır vəziyyətdədir. Həkimlərin əksəriyyəti müxtəlif treninqlər və araşdırmalarda daim profilaktika üzərində olublar. Bu xəstəliyə qarşı mübarizə aparan həkimlərin də sayı çoxalıb. Sadəcə insanlardan sağlamlıqlarına qarşı diqqətli olmaları tələb olunur. Temperaturun yüksəlməsi, burun axması və ya tutulması, iybilmənin itirilməsi, tərləmə və digər əlamətlər müşahidə olunursa, həmin insan özünü təcrid etməli və həkimə müraciət etməlidir.

Azərbaycanda daha çox ölümlərə səbəb olan məsələ səhlənkarlıqdır. İnsanlar tibb bacıları və ya əczaçıların məsləhəti ilə müxtəlif tədbirlər görürlər, sistemlər vurdururlar ki, immun sistemini gücləndirsinlər. Amma immun sistemini gücləndirən heç bir sistem yoxdur, yanlış təsəvvürdür. İnsanlar bilməlidir ki, müəyyən mayeləri bədənə köçürməklə əks təsir yaradırlar. Gimnastik məşqlər və ya gün ərzində 4-6 km hərəkət qorunmaq üçün ən yaxşı üsuldur. Ağciyər aktiv şəkildə olmalıdır, bol maye qəbul etmək və sağlam qidalanmaq lazımdır. Bu 3 vasitəyə əməl etməklə xəstəliyi yüngül keçirə bilərik. Bu gün qorunmağın 2 yolu var: maska və vaksinasiya. Bu ikisindən savayı hər hansı dərman və ya vitamin qəbul etmək olmaz".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1610   Tarix: 03 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.