Dünya çempionatı: Azərbaycan şahmatçısı ilk turda erməni ilə qarşılaşacaq

Dünya çempionatı: Azərbaycan şahmatçısı ilk turda erməni ilə qarşılaşacaqBu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.

"Report" xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək.

Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə mübarizə baş tutacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk gündə kişilərdə 5, qadınlarda 4 tur oynanılacaq.

Artıq yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək zəka sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov polşalı Pavel Çarnota, Rauf Məmmədov hindistanlı Harşa Bharatakoti, Vasif Durarbəyli fransalı Maksim Vaşye-Laqrav, Vüqar Əsədli niderlandlı Yorden van Forest, Məhəmməd Muradlı macarıstanlı Adam Kozak, Aydın Süleymanlı serbiyalı Aleksandar İnciç, Xəzər Babazadə isə rusiyalı Mixail Kobaliya ilə qarşılaşacaq.

Qadınlardan Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva, müvafiq olaraq, Rusiya şahmatçıları Valentina Qunina, Olqa Girya və Leya Garifullinanı, Gülnar Məmmədova norveçli Olqa Doljikovanı, Türkan Məmmədyarova isə Niderlandı təmsil erməni qrossmeyster Anna-Mayya Kazaryanı sınağa çəkəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1 000 0000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1187   Tarix: 26 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Mercedes" "Formula-1" tarixində ən çox qələbə qazanan mühərrik istehsalçısı oldu

"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub. xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb. Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb. "Ferrari"

26.09.2026 429
.

Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"

Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny

03.10.2026 484
.

Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm

25.10.2026 370
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

07.10.2026 558
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 561
.

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun

25.10.2026 479
.

Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c

25.10.2026 373
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20.10.2026 573
.

Ronaldo 18 ildən sonra ilk dəfə...

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi

28.09.2026 586
.