Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ"Son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də, bu vaxtlaradək görünməyən, konfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşır".

BiG.AZ xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir:

"Burada qeyri-adilik nədədir? Adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur.

Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq dekabrın 23-24-də bizim regiona çatacaq".

Xidmət rəsmisi qarı seyr etmək arzusunda olan şəhər əhalisinə sinoptiklərdən xoş xəbər olduğunu bildirib.

O qeyd edib ki, 23-24 dekabrda Abşeron yarımadası və Bakıda sulu qar, qar gözlənilir. Lakin temperatur rejiminin 8-10 dərəcəyədək enməsinə baxmayaraq, havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək.

"Ölkənin dağlıq və dağətəyi rayonlarının əhalisi isə intensiv, bəzi yerlərdə isə güclü qarın yağması nəticəsində əmələ gələn qar örtüyünü müşahidə edə biləcək".

U.Tağıyeva dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmağı tövsiyə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4843   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 296
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 176
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 101
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

14:46 63
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 173
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 233
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 322
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 363
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 385
.