Psixoaktiv maddələrdən bir dəfə istifadə də asılılıq yarada bilər - XƏBƏRDARLIQ

Psixoaktiv maddələrdən bir dəfə istifadə də asılılıq yarada bilər - XƏBƏRDARLIQValideynlər övladlarının narkotik bəlasına düçar olduğunu bir neçə əlamətlə müəyyən edə bilərlər. Belə ki, həmin şəxslərdə tez-tez əhval-ruhiyyənin dəyişməsi qeydə alınır. Səbəbsiz olaraq həm qəmgin, həm də anidən sevincli olurlar. Bundan əlavə, bir müddət sonra aqressivlik başlayır. Sadəcə ailə üzvlərinə deyil, dost-tanışa qarşı aqressivlik daha da artır. Bunun səbəbi, yeni dostların, tanışların olmasıdır. Həmçinin yuxu, iştaha pozulması, kəskin arıqlama gördükdə təcili dispanserə və ya bu sahə üzrə mütəxəssisə müraciət edilməlidir. Ekspress test üsulu ilə hər hansı bir psixoaktiv maddə istifadəsini müəyyənləşdirmək olur. Sonra psixoaktiv maddənin növü təyin olunur və ona uyğun müalicə tərtib edilir. Xəstənin vəziyyətindən asılı olaraq, stasionar və ya ambulator şəraitdə müalicə təyin olunur. 18 yaşdan yuxarı narkotik vasitə istifadəçiləri qeydiyyata alına bilir. Çünki yaşı 18-dən yuxarı olanlarda stasionar müalicəyə icazə var. 18 yaşa qədər olanlarda isə məcburi müalicə təyin edilməyibsə, həmin müalicə məhkəmə qərarı əsasında verilir. Qeydiyyatda olanlar əsasən iki-üç ildən çox müddətdə narkotik vasitə istifadə edənlərdir. Onlar istifadənin son həddinə çatdıqdan sonra həkimə müraciət edirlər. İlkin dövrlərdən narkotik maddə istifadəsinin qarşısı alınarsa, bu zaman müalicənin effekti yüksək olur.

Xezerxeber.az xəbər verir ki, bunu Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib.

F.Baxışovanın sözlərinə görə, hazırda yeniyetmə və gənclər arasında narkotik maddə istifadəsinin qarşısının alınması məqsədilə maarifləndirmə işlərinə daha çox üstünlük verilir, psixoaktiv maddələrin törətdiyi fəsadlar haqqında danışıqlar aparılır. Görüşlər zamanı psixoaktiv maddələrin ilk istifadə dövrlərində yaratdığı yalançı "xoş hisslər" barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, iki-üç dəfə istifadədən sonra həmin maddələrdən asılılıq yaranır. Narkomaniyadan əziyyət çəkənlərin bir qismi özləri kimi digərlərini də narkotik bataqlığına salmaq üçün ətraflarına yeni insanları cəlb etməyi xoşlayırlar. Gəncləri, yeniyetmələri məlumatlandıran zaman deyirik ki, onlara hansısa bir dərman vasitəsi təklif olunarsa, onu araşdırsınlar. Psixoaktiv maddələr barədə məlumat nə qədər çox olarsa, bir-iki dəfə istifadədən sonra alınan saxta həzz barədə şirnikləndirici vədlər gəncləri yanıltmayacaq və onlar aldanmayacaqlar.

Həkim-narkoloq övladlarını "ağ ölümdən" uzaq tutmaq üçün valideynləri ayıq-sayıq olmağa və nəzarəti axsatmamağa çağırıb: "Valideynlər yeniyetmələri, gəncləri nəzarətdə saxlamalıdırlar. Bundan əlavə, narkotik vasitə istifadə edən şəxslərdə ilk əvvəllər ehtiyac olmasa da, sonradan səbəbsiz pul istəmələr, evdə qiymətli əşyalar, pul itkilərinin baş verməsi qeydə alınarsa, həyəcan təbili çalmaq lazımdır. Yeniyetmə və ya gənc pul istəyirsə, onu hara xərclədiyi məlum olmalı, dost, tanışlarının, yeni tanış olduğu insanların kimlər olduğu, nə işlə məşğul olduqları araşdırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib ki, bir dəfə psixoaktiv maddə istifadə edən şəxs ondan asılı vəziyyətə düşə bilər. Yəni, bir dəfə istifadə belə bu yoldan geri dönüşə çətinlik yarada bilər. Odur ki, valideynlər ayıq-sayıqlığı əldən verməməli, yeniyetmə və gənclər isə onlara belə maddələri təklif edən insanlardan uzaq durmalıdırlar".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1319   Tarix: 19 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 806
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 575
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 640
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 461
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 826
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 982
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 586
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1091
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 794
.