Rusiyada 11 yaşlı qızı əqrəb sancıb
Moskva vilayətinin (Rusiya) Naro-Fominsk rayonunda 11 yaşlı qızı evdə əqrəb sancıb. Hadisə məktəbli qızın çantasından oyuncaqlarını boşaldarkən baş verib. Qəfildən əlinə çıxan əqrəb uşağın qolundan sancıb.
Dərhal həkimə müraciət edilib. Qız xəstəxanaya aparılıb və ona antidot iynəsi vurulub. Hazırda onun həyatına heç bir təhlükə yoxdur.
Əqrəb bankaya qoyulub. Valideynlər Moskva bölgəsi üçün belə bir ekzotik həşəratın haradan gələ biləcəyini başa düşmürlər, çünki ailə xaricə səyahət etməyib.(oxu.az)
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş