Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan etibarlı tərəfdaşdırXəbər verildiyi kimi, dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın "El Pais" qəzetinə müsahibə verib. Ölkə başçısı sözügedən müsahibəsində Azərbaycanın müdafiə potensialının Rusiya və İsrail kimi müxtəlif hərbi arsenala malik olan dövlətlərdən alınan silahlar hesabına artırılmasını qeyd etməklə bərabər ölkəmizin müdafiə sanayesinin intensiv inkişaf etməsinin artıq Azərbaycanın istehsal etdiyi silahların dünyanın 30-dan artıq ölkəsinə ixrac edilməsini vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Effektivliyin səbəbi təkcə İsraildən və Türkiyədən alınan dronlarda deyil, həm də çox dəqiq kəşfiyyat işlərinin aparılmasındadır.
44 günlük Vətən Müharibəsi günlərində Ordumuz tərəfindən kəşfiyyat, kamikadze və qırıcı dronlar effektiv şəkildə istifadə olunub. Bunun nəticəsində düşmən istər hərbi texnika, istərsə də canlı qüvvə tərəfdən çox böyük itkilər verib. Bu da müharibənin gedişinə, qələbənin əkdə edilməsinə ciddi təsir göstərib. Azərbaycan Ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300), həmçinin "BUK" tipli hava hücumundan müdafiə sistemlərinə malikdir. Qələbədən sonra ölkəmizin hərbi təcrübəsinə maraq və bu təcrübəni öyrənmək istəyən ölkələrin sayı artıb. Dünyanın hərbi mərkəzləri müasir müharibə texnologiyalarını öyrənərkən məhz Azərbaycanın apardığı müharibəni nümunə kimi götürmüşlər.
Müsahibədə həm də Azərbaycanın artan iqtisadi qüdrəti də vurğulanıb. Ölkə iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili 50 faizdən aşağıdır. 2020-ci il dekabrın 31-də XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri istismara verilib. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır.
Hazırda Azərbaycanın qazı Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Azərbaycanın qazı Avropaya nəql edildiyindən ölkəmiz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəkdir.

Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

16 yaşlı qız hamilə qaldı, anası cərimələndi

Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib. yerli mediaya istinadən xəbər verir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaət

14:00 114
.

Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu

Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan

12:30 133
.

Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu

Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi

13:20 108
.

Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub

İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin

15.08.2026 194
.

ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb

Tramp administrasiyası Amerikanın "Apple" texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb. "Report"un "The Wall Street Journal"a istinadən məlumatına görə, yaddaş çiplərinin çatışmazlığı "Apple" şirkətini Çin şirkətlərindən komponentlə

10:00 150
.

Pensiyalar neçə faiz artacaq? - Minimum RƏQƏM BƏLLİ OLDU

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur. Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir

00:11 229
.

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat

13:50 100
.

ABŞ-də "Claude" süni intellekt modeli menecer kimi əməkdaşı işdən çıxarıb

ABŞ-də "Claude" süni intellekt modeli ilk dəfə olaraq real işçilərin meneceri kimi çıxış edib və onlardan birini işdən çıxarmaq qərarına gəlib. "Report"un "Time" jurnalına istinadən məlumatına görə, təcrübə "Andon Labs" tədqiqat startapı tərəfindən aparılıb. "Claude"

11:45 133
.

ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR

ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. -ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorla

11:15 154
.

TOP MP3