Prezidentin hər görüşü diplomatiyamızın uğurudur
Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən ölkə başçısı İlham Əliyev həm də İspaniyanın "El Pais" qəzetinin müxbirinə də geniş müsahibə verib. Sammitdə və çoxsaylı görüşlərdə Azərbaycan Prezidentinin kifayət qədər uğurlu çıxışları, inamla verilən mesajları dünya mediasının diqqətini cəlb edib. Prezident İlham Əliyev İspaniyanın "El Pais" qəzetinin verdiyi suallara həmişə olduğu kimi, son dərəcə təmkinlə, arqumentlərlə, faktlarla cavab verdi və Ermənistanın riyakar siyasətini ifşa etdi.
Ölkə Prezidenti çox peşəkarcasına regionla, postkonflikt dövrü ilə, regionda açılacaq kommunikasiyalar, yollarla, Zəngəzur dəhlizi ilə, Laçın dəhlizi ilə bağlı son dərəcə ciddi, qətiyyətli mesajlar verdi və bu mesajlar birmənalı şəkildə əvvəlki mesajları bir daha möhkəmləndirən, bir daha əsaslandıran mesajlar idi. Brüsselə səfər son dərəcə uğurlu bir səfər, uğurlu bir görüş oldu. ölkə Prezidentinin Avropa Birliyində bütün görüşləri həm Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir.
Müsahibədə qeyd edilib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hərbi əməliyyatlar başa çatdıqdan və birgə Bəyanat inzalandıqdan sonra isə saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar.
Dövlət başçısı qeyd edib ki, həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir: "Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib". Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir.
Bildirilib ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam və Füzuli kimi böyük şəhərlər tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri vardır. Buna baxmayaraq Azərbaycan Ermənistanla danışıqlar aparmağa hazırdır.
İlqar Əliyev – Dövlər İdarəçilik Akademiyasınin tələbəsi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 927 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş16 yaşlı qız hamilə qaldı, anası cərimələndi
Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib. yerli mediaya istinadən xəbər verir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaət
14:00 114 Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu
Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan
12:30 133 Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu
Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi
13:20 108 Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin
15.08.2026 194 ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb
Tramp administrasiyası Amerikanın "Apple" texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb. "Report"un "The Wall Street Journal"a istinadən məlumatına görə, yaddaş çiplərinin çatışmazlığı "Apple" şirkətini Çin şirkətlərindən komponentlə
10:00 150 Pensiyalar neçə faiz artacaq? - Minimum RƏQƏM BƏLLİ OLDU
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur. Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir
00:11 229 İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat
13:50 100 ABŞ-də "Claude" süni intellekt modeli menecer kimi əməkdaşı işdən çıxarıb
ABŞ-də "Claude" süni intellekt modeli ilk dəfə olaraq real işçilərin meneceri kimi çıxış edib və onlardan birini işdən çıxarmaq qərarına gəlib. "Report"un "Time" jurnalına istinadən məlumatına görə, təcrübə "Andon Labs" tədqiqat startapı tərəfindən aparılıb. "Claude"
11:45 133 ABŞ-də "Roblox" həyəcanı: Uşaqlara qarşı cinayət iddiaları ARAŞDIRILIR
ABŞ-də "Roblox" oyun platformasında uşaqlara qarşı mümkün cinsi xarakterli cinayətlərlə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. -ya istinadən xəbər verir ki, bu barədə Missuri ştatından respublikaçı senator Coş Houli və İllinoys ştatından demokrat senator Dik Durbin məlumat veriblər. Senatorla
11:15 154