Mingəçevirə gedən avtobus sürücüsü narkotik maddə qəbul edib - VİDEO
Qaradağ postunda sərnişin avtobusunun sürücüsü saxlanılıb. Məlum olub ki, sürücü narkotik vasitələrin təsiri altında avtobus idarə edir.
Belə ki, hadisə dekabrın 13-ü baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidmətinin əməkdaşları Qaradağ postu ərazisində 90-FL-403 dövlət nömrə nişanlı, "Mercedes-Benz" markalı iritutumlu marşrut avtobusunu saxlayıb. Məlumata görə, sürücü İ.Hidayətov YPX əməkdaşlarında şübhə doğurduğu üçün həkim müayinəsindən keçirilib.
Bu zaman sürücünün narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi məlum olub. Söhbət zamanı sürücü etiraf edib ki, toyda içkili vəziyyətdə narkotik vasitə qəbul edib və yola çıxıb. Yol polisi əməkdaşları tərəfindən sürücüyə bu əməlin ictimai təhlükəsi izah edilib. Həmçinin bu vəziyyətdə sərnişinlə dolu avtobusu idarə etməyin təhlükəli olduğu bildirilib.
Sürücü İ.Hidayətov barəsində toplanmış materiallar aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, 2021-ci ilin doqquz ayı ərzində Baş DYP İdarəsinin YPX Alayı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücünü aşkar edib:
"Təkcə bir ay ərzində 150-dən çox analoji hal aşkarlanıb. Təbii ki, bunun ictimai təhlükəsi böyükdür və yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirməkdə davam edir".
"Daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri qəbul edən zaman mütləq onlar müayinədən keçirilməlidir. Həmçinin reysqabağı tibbi müayinə olunmalı və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1110 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 301 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 198 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 191 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 370 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 297 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 351 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 252 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 194 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 320