Müalicələrə buraxılmadı, ölümünü ailəsindən gizlətdilər...

Müalicələrə buraxılmadı, ölümünü ailəsindən gizlətdilər...Bu gün Xalq artisti, böyük sənətkar Rəşid Behbudovun doğum günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə müğənni haqqında 10 maraqlı faktı təqdim edir.

1. Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.

2. 1943-cü ilin sonunda Bakıda çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır.

3. Günlərin birində Qarabağa konsert verməyə gedir. Onun papaq və təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın "Dolu" romanında da özü əksini tapıb.

4. 1952-ci ildə Rəşid Behbudov da daxil olmaqla bir sıra Sovet incəsənət xadimləri Hindistana dəvət alır. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında tanınmış kinoaktyorlar Nərgiz Data və Rac Kapur olur.

5. Özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

6. Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.

7. Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, "biz Rəşidə inanmadıq. O, haqlı idi". Meyitlərin tibbi ekspertizası zamanı Şaumyanın cəsədini orada tapılmır.

8. Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır. Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik. Atamın isə yanına heç kimi buraxmırdılar. Xəstəxanada Stalin rejimi hökm sürürdü. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, "olmaz, olmaz, olmaz!". Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur".

9. Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, "sizin dinə görə meyiti yarmaq olmaz". Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda ekspertiza olunur. Meyitin yarılması Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, polis işçiləri tərəfindən həyata keçirir. Lazımi sənədləri isə yoxa çıxarırlar. Hal-hazırda arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.

10. Rəşid Behbudov iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edir. Bu xəbəri onun ailəsinə isə günorta saat 12-də deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər: "Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2075   Tarix: 14 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 126
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 298
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 251
.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 333
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 210
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 192
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 183
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 237
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 235
.