"Qoca"nın cinayət ortağı ilə bağlı QƏRAR VERİLDİ

"Qoca"nın cinayət ortağı ilə bağlı QƏRAR VERİLDİLənkəran Ağır Cinayətlər Məhkəməsində Şirvanda 6 il əvvəl qətl törətməkdə təqsirləndirilən Kavus Kakavanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ "report"a istinadən xəbər verir ki, sonuncu prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu ilin may ayında ölkəmizə ekstradisiya edilib.

Məlumata görə, Şirvan Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən K.Kakavanın - ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan vətəndaşlarından ibarət tərkibdə yaradılan cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalayev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

K.Kakavan barəsində beynəlxalq axtarış elan edilmişdi.

Qeyd edək ki, qətlə yetirilən E.Naciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Z.Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədovun yaxın adamı olub.

Hadisə 2015-ci il noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü E.Naciyev və 1990-cı il təvəllüdlü Z.Sarıbalayev tapançadan açılan atəşlə qətlə yetirilib.

Hadisədən sonra Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu, Hacıqabul rayon sakini Məhəmməd Heydərov, Etibar Məmmədov saxlanılıb.

Xatırladaq ki, "Qoca" ləqəi ilə tanınan E.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçıb, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1983   Tarix: 14 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 217
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 212
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 149
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 217
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 210
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 138
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 303
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 192
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 225
.