Kamaləddin Qafarov: "Yeni qanun ölkədə medianın keyfiyyətcə daha yüksək mərhələyə keçidini təmin edəcək"

Kamaləddin Qafarov: "Yeni qanun ölkədə medianın keyfiyyətcə daha yüksək mərhələyə keçidini təmin edəcək""Bu gün media sahəsində çalışan hər kəs təsdiq edər ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun müasir dövrün tələbləri ilə ayaqlaşa bilmir.

Bu günə qədər həmin qanuna 79 dəfə tətbiq olunmuş dəyişikliklər də vəziyyətin düzəlməsini təmin edə bilməyib. Məhz bu səbəbdən də "Media haqqında" yeni qanunun qəbul olunması artıq zamanın və formalaşmış yeni reallıqların tələbi kimi ortaya çıxıb. Bu baxımdan Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmış Vətən müharibəsinin bitməsindən az müddət sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi ölkəmizdə medianın inkişafına xidmət edən önəmli təşəbbüs olmaqla yanaşı, həm də milli informasiya məkanında davamlı inkişafın təmin edilməsinin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunun bariz göstəricisidir."

Bu sözləri yap.org.az. saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili yeni qanun layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, media islahatları və onun əsas tərkib hissəsi olan "Media haqqında" qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir və bu yenilik ölkədə medianın inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidi təmin edəcək: "Heç şübhəsiz, ölkəmizdə media sahəsində islahatlara çoxdan bir zərurət yaranmışdı. "Media haqqında" qanun layihəsinin hazırlanması da bu islahatların vacib tərkib hissəsidir və bu təşəbbüs dövlətin siyasi iradəsini təcəssüm etdirir. Əminliklə demək olar ki, yeni qanun layihəsi qəbul olunacağı təqdirdə Azərbaycanda medianın inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidi təmin edəcək. "Media haqqında" qanun ölkəmizdə medianın inkişafı üçün yeni imkanlar deməkdir. Təkcə bunu demək kifayətdir ki, məsələnin mahiyyəti və bu sahənin həssaslığı nəzərə alınmaqla, qanun layihəsinin hazırlanması prosesində çoxsaylı media nümayəndələri, bu sahə üzrə ekspertlər və mütəxəssislərlə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti və jurnalistlə müzakirələr keçirilmişdir."

Kamaləddin Qafarov yeni qanun layihəsində əks olunmuş bir sıra demokratik xarakterli qeydləri xüsusi olaraq diqqət mərkəzinə çəkərək onların önəmini vurğulamışdır: "İlk növbədə, birmənalı olaraq vurğulamaq lazımdır ki, yeni qanun ölkəmizdə jurnalist peşəsinin nüfuzunun yüksəlməsinə, bu peşənin daha ciddi mahiyyət qazanmasına vəsilə olacaq, Azərbaycan cəmiyyətində müəyyən səbəblər üzündən jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı inam və etimadın güclənməsini təmin edəcək. Bu qanun, eyni zamanda, dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Yeni qanun layihəsi özündə bir çox demokratik xarakterli qeydləri ehtiva edir. Belə ki, yeni qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətinə müdaxilə etmir, "vətəndaş jurnalistikası" adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyəti hər hansı bir formada məhdudləşdırmır və nəzarətə götürmür. Yeni qanuna görə, internet televiziyaların lisenziya almaları da məcburi xarakter daşımır və çap mediası, eləcə də onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Media Reyestrinin yaradılması məsələsinə gəlincə isə, məlumdur ki, çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi artıq neçə illərdir ki, mövcud olan bir prosedurdur. Sadəcə olaraq hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır."

Sonda millət vəkili "Media haqqında" qanunun, ilk növbədə, jurnalistlərin hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etməyə və media sahəsində müəllif hüquqlarının qorunması istiqamətində ciddi addımlar atmağa imkan verəcəyini qeyd etmişdir: "Yenu qanunda Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması nəzərdə tutulur və bu prosedur da könüllülük prinsipi əsasında həyata keçiriləcək. Yəni Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Eləcə də media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər.

Vahid jurnalist vəsiqəsi prinsipinin tətbiqi media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsas olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır. Eyni zamanda, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi və müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər "oğurlamaq" vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək. Beləliklə, yeni qanun layihəsində nəzərdə tutulan müddəalar ölkə daxilində informasiya məkanının təhlükəsizliyini, daxili media məhsulunun istehsalının stimullaşdırılmasını, yerli medianın inkişafını və nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə daha geniş imkanların açılmasını təmin edəcək".

1news.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 14 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 217
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 212
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 149
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11:14 217
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 210
.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

15:16 138
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 303
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 192
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 225
.