120 kiloluq qadın bu yolla 60 kilo arıqladı - FOTO-VİDEO
Amerikanın Minnesota ştatının Şanhassen şəhərinin sakini 120 kiloqram çəkisi olan Sabrina Osland bir il ərzində 59 kiloqram arıqlayıb.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı qadın bir neçə vərdişi sayəsində buna nail olduğunu açıqlayıb.
Sabrinanın sözlərinə görə, o ailə qurduqdan sonra artıq kilo almağa başlayıb. Onun çəkisi 120 kiloqrama çatıb. Amerikalı daim yolda sağlam olmayan qidalar yeyib və səhhətinə laqeyd yanaşıb.
Bir neçə il əvvəl Osland oğlunu Alyaskaya kruizə aparıb. Ana və oğul ekskursiyalardan birində helikopterlə buzlağa səyahət edib. Lakin xanımın artıq çəkisinə görə uçuş üçün ondan əlavə pul tələb edilib. Bundan sonra o, arıqlamaq üçün daha çox idmanla məşğul olmağa və pəhriz saxlamağa qərar verib.
Bu işdə ona gündəlik vərdişləri kömək olub. Qadın mobil telefonunda xatırlatmalar quraşdırıb və gündəlik olaraq yerinə yetirməyi planlaşdırdığı işlərin siyahısını yazıb. O, siyahısına kifayət qədər su içmək, idman etmək və vitamin qəbul etməyi daxil edib.
Osland gündəlik yarım saatlıq gəzintilərə başlayıb. Zaman keçdikcə gündə bir saat və eyni müddətdə iki dəfə gəzintiyə çıxıb. Sonra trenajor məşqlərini öz proqramına əlavə edib.
O, pəhrizini dəyişib və rahat qidadan sağlam qidaya keçib. Əvvəllər tez-tez qəlyanaltı kimi çips, axşam yeməyində isə pizza yeyən xanım onları tərəvəz və salatlarla əvəz edib.
Xüsusi təlimçi və qrupla məşqlər qadına bir il ərzində 60 kiloqram arıqlamağa kömək edib.
İndi Sabrina daha aktiv həyat tərzi keçirir və arıqlamaq istəyən digər insanlara da həyat tərzini dəyişməyə kömək edəcək sağlam vərdişlər formalaşdırmağı tövsiyə edir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2922 Tarix: 13 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ
"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər". RT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib. Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelemen
02.08.2026 234 Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı
Çinin "Moonshot" şirkətinin ən son süni intellekt modeli "Kimi K3" sınaq kibertest mühitindən çıxa bilib. bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Hadisə tərtibatçıların öz texnologiyaları üzərində nə dərəcədə effektiv nəzarətə malik olduqları ilə bağl
08.08.2026 254 Uşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə etməli? - Psixoloqların TÖVSİYƏSİ
Uşağınızdan nənəsini qucaqlamağı xahiş edirsiniz, amma o, sizin arxanızda gizlənir. Siz narahat olursunuz, nənə inciyir, uşaq isə özünü gərgin hiss edir. Belə vəziyyət bir çox ailəyə tanışdır. Mütəxəssislər bildirirlər ki, uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək onda hörmət hissi yaratmır, əksinə
09.08.2026 258 Gündüz piramidaları ziyarət etmək qadağan olundu
Misir hakimiyyəti ekstremal istilər səbəbindən Giza piramidalarına və Luksordakı qədim abidələrə gündüz ekskursiyalarına məhdudiyyət qoyub. xəbərə verir ki, hazırda ən yüksək temperatur ölkənin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə havanın temperaturu gündüz kölgədə +36 dərəcəyə, Lukso
09.08.2026 272 Milyonlarla sürücü hər gün bunu edir: smartfonu doldurmaq yanacaq "yeyirmi?"
Bir çox sürücü USB portundan və ya alışqana qoşulan adapterdən istifadə edərək smartfonunu avtomobildə enerji ilə doldurur. Lakin bu zaman lazım olan enerjinin haradan gəldiyi barədə az adam düşünür. xarici mediaya istinadən xəbər verir ki, telefonun enerji ilə doldurulması benzin sərfiyyatına həqiqətə
02.08.2026 241 Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən
08.08.2026 304 Evlənmək istəməyən gənclərin sayı niyə artır? - ARAŞDIRMA
Bir vaxtlar insanın həyat yolu sanki əvvəlcədən çəkilmiş xəritəyə bənzəyirdi: məktəbi bitirmək, işə düzəlmək, evlənmək, sonra da uşaq sahibi olmaq. Bu mərhələlərdən hansısa gecikəndə qohumların, qonşuların, hətta təsadüfi tanışların belə verəcəyi sual hazır idi: "Bəs sən nə vaxt evlənirsən. İnd
02.08.2026 315 Paltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri
02.08.2026 300 Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir
İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə
06.08.2026 347