Dişlərinizə qayğı göstərməsəniz... - XƏBƏRDARLIQ

Dişlərinizə qayğı göstərməsəniz... - XƏBƏRDARLIQApardığım laboratoriya tədqiqatından belə qənaətə gəldim ki, ağız boşluğuna implantlar qoyulduqda, ortodontik breketlər taxılanda, diş əti problemləri artdıqda, dişlər 3 gün fırçalanmayanda birləşən müxtəlif bakteriya növləri nisbətinin qəfil dəyişməsi bir sıra xəstəliklərə səbəb ola bilər.

Bu sözləri türk stomatoloq İlkər Ərdoğan deyib.

O bildirib ki, bu problemlərin qarşısını almağın ən asan yolu gündəlik diş ipindən istifadə etmək, gündə ən azı 2 dəfə dişləri fırçalamaq və ən çox 6 aydan bir diş həkiminə müraciət etməkdir: "Tez-tez istifadə etdiyiniz ağız qarqaraları apteklərdə reseptsiz satılsa da, həkim nəzarətində istifadə etmək faydalı olacaq. Həddindən artıq istifadə zərərlidir. Həmçinin bu, qan təzyiqi problemi olan xəstələrdə faydalı bakteriyaların zədələnməsinə, dilin və dişlərin rənginin dəyişməsinə, dad itkisinə və müxtəlif problemlərə səbəb ola bilər".

Həkim qeyd edib ki, dişlərin fırçalanmaması, ağız boşluğunun gigiyenasına riayət edilməməsi, qüsurlu protezlər, diş daşı, diş əti problemləri bakteriya sayını artırır: "Diş əti xəstəliyi mövcud sağlamlıq problemini daha da ağırlaşdıra və yeni sağlamlıq problemi yarada bilər. Dişinə, ağız boşluğuna düzgün qulluq etməyən insanların yaratdığı problemlər digər fərdlər tərəfindən asanlıqla müəyyən edilə bilər. Cəmi bir neçə gün fırçalanmayan dişlərdəki lövhələrin sarı rəngi kənardan aydın sezilir. Ağız qoxusu da davam edəcək. Bunun davamı diş lövhəsinin təsiri altında diş ətinin iltihabına və infeksiyasına səbəb olur".(publika.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1254   Tarix: 12 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 823
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 836
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30.10.2026 831
.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

08.11.2026 381
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 872
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 945
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 944
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

08.10.2026 1064
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 684
.