Xərçəngdən əməliyyat olunan aktyor diaqnozundan xəbərsizdir

Xərçəngdən əməliyyat olunan aktyor diaqnozundan xəbərsizdirAkademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxılıb.

BiG.AZ xəbər verir ki, bu barədə yenicag.az-a açıqlamasında aktyorun həyat yoldaşı Zərqələm Əliyeva bildirib.

"Özü ağır xəstəliyə düçar olduğundan xəbərsizdir. Xərçəng xəstəsi olduğunu həkimlər də, biz də gizlədirik ondan.

İstəmirik ümidsizliyə qapılsın. Xəstəxanadan evə gətirmişik. Uzanır, az-az danışır, çox zəifdir. Bəzən huşu gedib-gəlir. Heç bilmirik necə olacaq? Amma sağalacağına inanır. Deyir sağalacam, səhnəyə çıxacam, fəxri ad alacam, mənə ev verəcəklər, kirayədən canım qurtaracaq. Allaha təvəkkül, dua edirik ki, sağalsın, heç olmasa bir az yaşasın.

Onsuz da onkoloji xəstədir, nə qədər yaşayacağını Allah bilir. Heç olmasa, sağlığında ev versəydilər, gözü arxada qalmazdı. Yaşamağa ümidi artardı. Adam illərini sənətə, səhnəyə həsr edib. Amma zəhmətinin bəhrəsini görməyib. Ömrüboyu kirayələrdə qalmışıq. Bu da onun səhhətinə təsirini göstərdi, çəkdiyi əziyyətlər, stress, çətinliklər onu yatağa saldı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2255   Tarix: 02 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Parlamenti Gürcüstan əleyhinə növbəti qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstan əleyhinə daha bir qətnamə qəbul edib. APA-nın yerli bürosu xəbər verir ki, 438 deputat sənədin lehinə, 37-si isə əleyhinə səs verib. Qətnamədə Gürcüstanda "siyasi motivli" həbslər qətiyyətlə pislənilib, "siyasi məhbuslar"ın dərhal azad edilməsi tələb olunub

12.03.2026 315
.

İsrail Müdafiə Qüvvələri Tehranın bəzi yerlərində yaşayan iranlılara planlaşdırılan hücumlardan əvvəl təxliyə olunmağı tapşırıb

İsrail Müdafiə Qüvvələri planlaşdırılan hava hücumlarından əvvəl Tehran bölgəsindəki bir neçə ərazidə iranlılara "təcili xəbərdarlıq" edib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin farsdilli sözçüsü, podpolkovnik Kamal Penhasi verdiyi açıqlamada bildiri

12:03 208
.

Türkiyənin cənubunda NATO-nun bazasında sirenlər işə salınıb

Türkiyə mediası xəbər verir ki, NATO-nun ölkənin cənubundakı bazasında sirenlər işə salınıb. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, hava sirenlərinin İranın hücum təhlükəsinə görə işə düşdüyü bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

12:21 180
.

17 ildən sonra qəbul edildi, amma bazarda dəyişiklik yoxdur - Rəqabət Məcəlləsi niyə işləmir? - ARAŞDIRMA

Ölkədə uzun illər gözlənilən mühüm hüquqi sənədlərdən biri - Rəqabət Məcəlləsi 17 illik müzakirə və gözləntidən sonra qüvvəyə minsə də, sənədin real təsiri hələ də müzakirə mövzusu olaraq qalır. Məcəllənin qəbulundan 1 il 8 aydan artıq vaxt keçməsinə baxmayaraq, bazarda inhisarçılıq və monopoliya il

14:58 123
.

Vəzifəyə görə vahid maaş olacaq - Yeni tələb

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsin

16:13 69
.

Murad Dadaşov xəstəxanalıq oldu

Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov əməliyyat olunub. Axşam.az xəbər verir ki, bununla bağlı Dadaşov özü paylaşım edib. O, xəstəxana otağından, qolunda iynə ilə görüntü yayımlayıb. M.Dadaşov paylaşımına "Hamı sağlam olsun" qısa şərhini yazıb

13:00 392
.

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

"Akkord İnşaat Sənaye" ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla qiyməti olan əmlakları müsadirə olunub. "Qafqazinfo" dövlət nəfinə alınan həmin əmlakların siyahısını əldə edib:. - Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayı

12:35 253
.

Yeraltı sivilizasiya tapıldı: Yüzillərlə dünyadan təcrid olunmuş şəkildə yaşayıblar

İspaniyanın şimalında arxeoloqlar əsrlər boyu yerin altında yaşayaraq xarici dünya ilə demək olar ki, əlaqə saxlamayan orta əsr cəmiyyətinin qalıqlarını aşkar ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" nəşri məlumat yayıb. Tədqiqatçıların sözlərinə görə, VII-XI əsrlər arasınd

12.03.2026 464
.

Bacısı və həyat yoldaşının ölümündən danışdı

İranın yeni Ali Lideri Müctəba Xamenei həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, onun bəyanatı İran dövlət televiziyası tərəfindən yayımlanıb. "Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həya

12.03.2026 554
.

TOP MP3