Anası ölən uşaqları atasının gözü qarşısında... - AZƏRBAYCANDA DƏHŞƏT

Anası ölən uşaqları atasının gözü qarşısında... - AZƏRBAYCANDA DƏHŞƏTGəncə şəhər sakinləri 12 yaşlı Əli və 11 yaşlı Nigar Hüseynovanın (ad və soyad şərtidir) ögey anaları tərəfindən mütəmadi olaraq döyülmələri və onlara əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BiG.AZ-a verilən məılumata görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, azyaşlıların anasının ölümündən sonra ataları Zahid Hüseynovun (ad və soyad şərtidir) birlikdə yaşadığı Gəncə şəhər sakini Könül Vəliyeva (ad və soyad şərtidir) döyməklə və sair zorakı hərəkətlərlə azyaşlılara güclü fiziki ağrı və psixi iztirablar verib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə - iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunaraq, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib.

Eyni zamanda, azyaşlıların prokurorluq orqanlarına müraciəti əsasında, onların sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Bundan başqa, uşaqların doğma atası Zahid Hüseynovun (ad və soyad şərtidir) qeyd edilənlərdən məlumatlı olduğu, hadisələrin bir sıra hallarda onun gözü qarşısında baş verməsi, bununla da, Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirmədiyi, uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına laqeyd yanaşması aşkar edildiyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qarşısında iddia qaldırılıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2118   Tarix: 02 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,21% azalaraq 4 548.3 ABŞ dollarına bərabər olub. COMEX-d

19.05.2026 387
.

Kredit götürənlərin hüquqları: Bankların davranışı hansı halda qanunsuzdur?

"İstər banklar, istərsə də bank olmayan kredit təşkilatları tərəfindən borclu vətəndaşın yaxınları ilə əlaqə saxlanılması yalnız müəyyən hüquqi çərçivə daxilində mümkündür. Əgər kredit alan şəxs əvvəlcədən özü qohumlarının və ya əlaqə saxlanıla biləcək şəxslərin telefon nömrələrini banka təqdi

14:31 140
.

Niyə ağaclar göy üzünə qədər uzana bilmir?

Kaliforniya sekvoyaları öz inanılmaz hündürlüklərinə yalnız əlverişli mühitə deyil, həm də son dərəcə mürəkkəb bioloji tarazlığa borcludur. Lakin bu sistemin də fizikanın qoyduğu qəti bir həddi var. Qaynarinfo xəbər verir ki, bu barədə "Raketa" yazır. Dünyanın ən hündür ağacları sırasında ola

19.05.2026 437
.

Rusiya Ermənistanın Qərbə yaxınlaşmasına münasibət bildirdi

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ilə İrəvan arasında münasibətlər mürəkkəb olsa da, tərəflər arasında yaxın müttəfiqli

10:38 157
.

Rusiya Ermənistanla bağlı mövqeyini açıqladı

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistan xalqının verəcəyi istənilən qərara anlayışla yanaşacaq. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. "Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin dəfələrlə qeyd etdiyi kimi, biz Ermənistan xalqının etdiy

10:24 141
.

Almaniyada yaşayış binasında partlayış: Dağıntılar altında qalanlar var

Almaniyanın Görlits şəhərində məişət qazının partlaması nəticəsində çoxmənzilli yaşayış binası tamamilə dağılıb. xəbər verir ki, sakinlərin sözlərinə görə, güclü partlayış səsi eşidilib və ardınca bina uçaraq tarixi tikililərin sırasında böyük bir boşluq yaradıb. Polis və xilasetmə xidmətlərinin məlumatın

19.05.2026 418
.

Tramp ABŞ-ın İrana yenidən zərbə endirə biləcəyini, lakin Tehranın razılaşma əldə etmək istədiyini bildirib

Prezident Donald Tramp çərşənbə axşamı günü bildirib ki, ABŞ İrana yenidən zərbə endirməli ola bilər və hücum əmrini verməzdən bir saat əvvəl təxirə salıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp bu açıqlamaları Tehranın ABŞ-İsrail müharibəsinə son qoymaq üçün yeni təklifindən sonra planlaşdırıla

11:07 162
.

4000 metr buzun altındadır, amma mənfi temperaturda belə donmur: Bu hansı göldür?

NASA-nın məlumatına görə, Antarktidada yerləşən Vostok gölü təxminən 400 metr qalınlığında buz təbəqəsinin altında gizlənib və dünyanın ən böyük buzaltı göllərindən biri hesab olunur. Qaynarinfo "Discoverwildlife" portalına istinadən xəbər verir ki, gölün səthi dəniz səviyyəsindən aşağıda yerləşir

19.05.2026 442
.

Bakının mərkəzində daha 5 küçə piyadalaşdırılır - Foto

Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki

15:45 75
.

TOP MP3