Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nağd pula alıb-satmaq mümkün olmayacaq

Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nağd pula alıb-satmaq mümkün olmayacaqAzərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişir. Yeni qaydalar bu günlərdə təsdiqlənən "Nağdsız hesablaşmalar haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, gələn ildən avtomobillərin alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

BiG.AZ "virtualaz.org"a istinadən xəbər verir ki, pandemiyanın pik dövründə Bakının maşın bazarlarında alver zəifləsə də, bu ildən bazar canlanıb, xüsusilə ikinci əl avtomobillərinin qiyməti artıb.

Maşın alverçiləri deyirlər ki, rüsumlardan sonra nağdsız ödənişlərin tətbiqi qiymətlərə cüzi də olsa təsir edəcək. Baxmayaraq ki, onların çoxu yeni qaydalardan xəbərsizdir.

Ekspertlər isə yeni qaydanın tətbiqinin daha çox alıcıların işinə yarayacağını düşünürlər. Çünki alqı-satqı əməliyyatlarında istənilən halda aldadılan tərəf alıcılar olur.

"Onsuz da son illər bu işdən gəlirimiz azalıb..."

Eldar Alıyev 22 ildir maşın alveri ilə məşğuldur. Deyir ki, son iki ilədək qiymətindən və modelindən asılı olaraq satdığı hər maşından ən azı 1 500-3 000 manatadək gəliri olurdu. İndi satdığı maşınlardan ən yaxşı halda 500 manat qazananda sevinir.

"Bəzən aylarla əlimizdə olan maşını sata bilmirik. Hər keçən gün qiymətə təsir göstərir, maşın isə baxım, xərc tələb edir. Bazara gələn müştəri isə uzağı 20-25 min manatlıq, yanacağa qənaət edən ikinci əl maşını axtarır. Sənədləşdirmənin xərcini də üzərimizə götürürük ki, sata bilək, müştəri qaçmasın", - Eldar Alıyev bildirir.

E.Alıyevin sözlərinə görə, hibrid avtomobillərinə tələbat ildən-ilə artır: "Bazara çıxan əksər satıcının kredit borcu var.

Pandemiyada hamımız, xüsusilə yeni maşın alıb-gətirənlər zərərə düşdü. İndi nağdsız alqı-satqıda nə qədər vergi verəcəyimizi bilmirik. Yeni qayda haqqında az-çox eşitmişik, detallar açıqlanmadığından narahatıq".

Söhbətləşdiyimiz digər avtomobil taciri isə deyib ki, yeni qayda haqda ilk dəfə bizdən eşidir. Sonuncu dəfə ötən həftənin istirahət günləri bazara çıxıb, ona bu barədə heç kim məlumat verməyib:

"Ev satışı ilə bağlı qaydalardan xəbərdaram, bilirəm ki, alqı-satqı müqaviləsi olur, pul bank üzərindən köçürülür, vergilər tutulur, çünki konkret vergi məbləğləri açıqlanmışdı. Amma maşın alqı-satqısında nağd hesablaşmanın qadağan ediləcəyini eşitməmişdim. Əgər belədirsə, deməli, dolanışığımız daha da pisləşəcək".

Həmsöhbətimiz deyib ki, bəzən aylarla satış olmur. Bir maşından əldə etdiyi qazanc 1 ay dolanışığa yetmir:

"Adımız maşın alverçisidir, amma içi özümüzü, çölü özgələrini yandırır. Bazara çıxan alverçilərin çoxu borc götürüb maşın alır".

Bakıdakı bir neçə avtomobil satışı salonlarına da zəng vurduq, onlar yeni dəyişiklikdən xəbərdar olsalar da deyirlər ki, hələlik prosesin necə təşkil ediləcəyi haqda məlumatları yoxdur. Çünki hesablamaların necə aparılacağı ilə bağlı detalların yaxın günlərdə açıqlanacağını onlara deyiblər.

Qazanan alıcılar olacaq

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, bu qaydanın tətbiqinə çoxdan ehtiyac yaranmışdı. Çünki yeni qaydanın tətbiqi ilə avtomobil alqı-satqısının uçotunun aparılması mümkün olacaq. Bu qayda istənilən halda vətəndaşların xeyrinə olacaq.

"Artıq xeyli müddətdir xüsusilə ikinci əl bazarında vətəndaşların aldadılmasının şahidi oluruq. Alıcı problemlə qarşılaşdıqda maşını geri - aldığı adama qaytara bilmir. Çünki avtomobil üçün ödədiyi məbləğlə bağlı hər hansısa bir sənədləşdirmə aparılmır. Nəticədə zərər çəkən alıcı olur", - ekspert deyib.

Digər tərəfdən, uçotun aparılması vətəndaşların bəzi fırıldaqçıların toruna düşməsinin qarşısını alacaq. E.Cəfərov hesab edir ki, nağdsız hesablaşmalar qiymətlərin artmasına səbəb olmayacaq:

"Avtomobil bazarında qiymətlər əsasən bir neçə amillərdən təsirlənir. Rüsumların artırılması, nağdsız hesablaşmalar qiymətlərə ciddi təsir edə bilməz. Əsasən beynəlxalq daşımaların bahalaşması avtomobillərin qiymətinə təsir edir".

Bank faizi, vergi...

Ekspert deyir ki, hələlik avtomobil alqı-satqısından nə qədər bank faizi, vergi tutulacağı haqda konkret məbləğ açıqlaya bilmir. Amma istənilən halda faizlər avtomobilin dəyərinin 5-10 faizi civarında olmayacaq: "Alqı-satqı zamanı tərəflər arasında qarşılıqlı razılaşma da ola bilər.

Vətəndaş öz maşınını satırsa, bank hesabı açdırmaq gərək deyil, vəsaiti poçt vasitəsilə köçürə bilər. Sahibkarlar, avtomobil alverçiləri isə təbii ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və alqı-satqını vergini ödəyərək həyata keçirəcəklər. Alqı-satqı prosesi zamanı əlavə vaxt itkisi olmayacaq".

E.Cəfərov xəbərdarlıq edir ki, alıcılar satıcı ilə danışıqlara gedib müəyyən qanunsuzluqlara əl atmasınlar. Məsələn, məbləğin yarısının banka köçürülməsi və ya digər risklərə getməsinlər. Çünki belə sövdələşmələrdən ziyan çəkə, başları ağrıya bilər.

Azərbaycanda milyon yarım avtomobil var

Cəfərov onu da bildirib ki, avtomobillərin alqı-satqısının uçotunun aparılması vacibdir. Çünki Azərbaycanda milyon yarım avtomobil var.

Hansı ki, onların tam yarısı yararsız, istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobillərin alqı-satqı zamanı müəyyən risklər yaranır.

Ekspert onu da deyib ki, pandemiyanın pik dövründə avtomobil bazarında satış zəifləyib, satıcılar zərərlə üzləşiblər, ikinci maşın bazarında da tələb azalıb. Hazırda isə vəziyyət yaxşılığa doğru dəyişib, tələb artıb və təxminən 5 faiz bahalaşma var...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1849   Tarix: 02 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gürcüstandan Azərbaycana diri mal-qara ixracı 4,1 milyon dolları ötüb

Gürcüstandan Azərbaycana diri mal-qara ixracının həcmi 2026-cı ilin ilk yarısında 4 milyon dolları ötüb. Bu barədə "Report"un yerli bürosu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına istinadən xəbər verir. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkədən ümumilikdə 25,746 milyon dolla

16.08.2026 162
.

NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır

Fransa, Almaniya və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair gələcək danışıqların formatı üzərində işləyir, məqsəd danışıqlar masası arxasında Avropanın yerini təmin etməkdir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" beş avropalı məmura istinadə

16.08.2026 173
.

İranın üç pilotu Qətərdə əsir götürülübmüş

Mart ayında döyüş uçuşu həyata keçirən İranın üç "Su-24" pilotu qırıcıların qəzaya uğramasından sonra Qətərdə əsir götürülüb. -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzadə məluma

16.08.2026 162
.

ABŞ-də maraqlı hadisə: Öləcəyi deyilən yaşlı kişi gözlənilmədən sağaldı və evə buraxıldı

ABŞ-də ölümcül xəstəliyi olduğu və ömrünün sonuna yaxınlaşdığı deyilən Mayk Selmon gözlənilmədən sağaldığı üçün müalicə aldığı müəssisədən evə buraxılıb. "CBS News" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist Kim Klark məlumat verib. Məlumata görə, Mayk Selmo

16.08.2026 176
.

İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat

16.08.2026 148
.

Azərbaycanda general vəfat etdi - FOTO

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib. General sabah dəfn olunacaq. Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir. Qeyd edək ki, Abbasəli Ramaza

16.08.2026 208
.

Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu

Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi

16.08.2026 156
.

Qoca kişi yataq xəstəsi olan arvadını öldürdü

Türkiyədə qoca kişi yataq xəstəsi olan 68 yaşlı arvadı A. C-ni bıçaqlayaraq öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Mardin bölgəsinin Nusaybin rayonunda qeydə alınıb. S.C. ilə yataq xəstəsi olan həyat yoldaşı A.C arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonr

16.08.2026 203
.

Meqan Markla qarşı CİDDİ İTTİHAM: "Kral ailəsi ilə pul naminə barışır"

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoginyası, aktrisa Meqan Markl Britaniya Kralı II Çarlzla münasibətləri pul naminə bərpa etməkdə ittiham olunub. .uk-a istinadən xəbər verir ki, bu fikri Britaniya kral ailəsi üzrə ekspert və bioqraf Angela Levin səsləndirib. O, Meqanın hərəkətlərind

16.08.2026 156
.

TOP MP3