Şəhid Daşqının qardaşından etiraz: "Nigar Qədəşova özünü reklam edir, ona nifrət edirik"
İki gün əvvəl İTV efirində Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filmi təqdim edilib. Filmdə Vətən müharibəsi dövründə 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. "Biz" filmində özünü şəhid Daşqın Şəfiyevin məşhur videosundakı statusun sahibi kimi təqdim edən Nigar Qədəşova ilə bağlı hissə də yer alıb.
Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev Modern.az-a açıqlamasında öz etirazını bildirib: "Mən və ailəm filmdə təqdim olunan xanıma nifrət edirik. O xanım böyük səhv edir, şəhidin adından, mənim qardaşımın adından istifadə edir. Çox təəssüf ki, xanımdır. Kişi olsaydı, onunla başqa cür danışardım".
O. Şəfiyev deyib ki, Şəhid qardaşı Daşqının videosunda bəhs etdiyi status Nigar Qədəşovaya məxsus deyil: "Daşqın videoda gürcü qızı Nana Davidaşiviliyə cavab verib. Fimdəki Nigar Qədəşovaya "İnstagram"da mesaj yazdım ki, elədiyi hərəkət doğru deyil və Daşqının videoda cavab verdiyi qız o deyil. Nigar Qədəşova mesajımı oxuyandan sonra məni blok etdi. O bu yolla ancaq səhifəsində izləyici sayını qaldırıb, reklam əldə edir.
Daşqın o videonu çəkəndə mən onun yanında idim və video çəkiləndə o hələ döyüşə getməmişdi. Daşqının videoda bəhs etdiyi və nəzərdə tutduğu xanım gürcüstanlı Nanadır. Daşqın şəhid olandan bu günə qədər o ailəmizin yanında oldu. Ad günündə, ildönümündə gələ bilməsə də, çiçək göndərdi. Amma filmdə təqdim olunan və özünü həmin statusun sahibi kimi qələmə verən Nigar Qədəşova isə bircə dəfə də olsun bizə başsağlığı vermədi. Əksinə Şəhid adından istifadə edib, pul qazanır, özünü reklam edir".
O.Şəfiyev məsələ ilə bağlı hüquq mühafizə orqanlarına videomüraciət edəcəyini, onlardan yardım istəyəcəyini vurğulayıb: "Hər gün şəhid məclislərində, ildönümlərində iştirak edirəm deyə, hələ hüquq mühafizə orqanlarına gedib, yazılı müraciət edə bilməmişəm. Əgər, qanunda belə bir qayda varsa, mən və ailəm ondan şikayət edirik. Video müraciət də edəcəm. Ümid edirəm rəsmi qurumlar videomu görüb bu barədə tədbir görəcəklər. Heç kim şəhid adından istifadə etməsin. Bu bizim xalqımıza yaraşmır. Ayıbdır və bu addan istifadə edənlərə ayıb olsun", - deyə, o sonda qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 36470 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447