Uşaqlıqda əmiyə qarşı yaranan qisasçılıq: Meyxanaçılar qatil oldu

Uşaqlıqda əmiyə qarşı yaranan qisasçılıq: Meyxanaçılar qatil oldu2019-cu ilin oktyabrın 2-də Tərtər rayonunun Sarov kəndində baş verən qətl hadisəsinin təfərrüatı bəlli olub.

Oxu.Az məhkəmə istintaqına əsasən, cinayətin baş verməsinə səbəb olan amilləri təqdim edir.

Əmiyə qarşı yaranan kin...

Cinayət işini maksimum şəkildə əhatəli şəkildə çatdırmaq üçün hadisənin baş verməsinə zəmin hazırlayan psixoloji məqamlara toxunmaq lazımdır.

Mətbuatda qətlin törədilməsi ilə bağlı məlumatlar getdiyinə və cinayətdə iştirak edənlərin, zərərçəkənin adı çəkildiyinə görə biz də yazımızda onların öz adlarını çəkəcəyik.

Cavad Kərimov 2000-ci ildə Sarov kəndində anadan olub. Cavad atası və anası ilə hələ bir yerdə yaşayarkən (onlar sonradan boşanıblar) olarkən əmisi Ziyaməddin Kərimovgilə də gedirmiş, bəzi vaxtlarda onlar əmisigildə qalırmışlar.

Elə hər şey də buradan başlayır, əmisi Ziyaməddin Cavad kiçik yaşlarında olarkən onu döyür, təhqir edib, arqumenti də bu olur ki, bəs qardaşı oğlu dəcəllik edirmiş.

Ancaq Ziyaməddinin qardaşı oğluna bu cür "dərs" verməsi uşaq yaşlarında Cavadın beyninə qisasçılıq toxumlarını səpir.

İş elə gətirir ki, 2014-cü ildə Cavadın anası və atası boşanırlar. Cavad isə gah atası ilə, gah da anası ilə qalır, bir neçə il sonra isə atası vəfat edir.

Cavad əmisi ilə də münasibətlərini saxlayır, arada onun yanına gedib işləyir, ancaq əmisi onu yenə təhqir edir. Cavad əmisinin hərəkətlərindən anasına şikayət edir.

Anasının istintaqa ifadəsi isə Cavadda uşaq yaşlarında şüuruna hakim kəsilmiş qisasçılığı gözlər önünə sərir.

"Cavad uşaq olarkən əmisi Ziyaməddin onu çox ağır şəkildə döyüb. Cavad hər dəfə döyülməyinin əvəzini əmisindən çıxacağını deyirdi", - deyə ana ifadəsində bildirir.

Ortaq yaradıcılıq dəyərləri olan dostlar

İstintaq materiallarının sətirlərinə göz gəzdirərkən "bəlkə də Cavad Zaminlə dost olmasaydı bu cinayəti törətməzdi" fikri adamın ağlından keçir.

Cinayətdən bir ay öncə - 2019-cu ilin sentyabr ayında Cavad meyvə bağlarının birində işləyərkən Tərtərin Kəngərli kəndindən olan Zamin Abbaszadə ilə tanış olur.

Onlar bir az keçdikdən sonra dostlaşırlar, bir-birlərinə zəng edib hal-əhval tuturlar.

Yaradıcılıqlarındakı ortaq dəyərlər də onların dostluğunu möhkəmləndirir, söhbət ondan gedir ki, dostların ikisi də şeir, meyxana yazıblar.

Onlar bir araya gəldikdə bir-birlərinə yazdıqları şeirləri oxuyur, meyxana deyirmişlər.

Cavadın Zaminin şeir və meyxanalarından xoşu gəlir, ona Mingəçevir şəhərində səsyazma studiyasının olduğunu, orada mahnılar yazdırdığını bildirir.

Zaminin yazdığı manhı və meyxanaların studiyada işıq üzü görməsi, Zaminin məşhurlaşması üçün ona köməklik edəcəyini deyir.

Dostlar arasında ortaq maraq yaradan yaradıcılıq mövzusu burada bitir...

Cavadla Zaminin növbəti "yaradıcılığı" – cinayət planı

Görünür ki, Cavad uşaq olarkən əmisinin ona etdiyi zorakılıqlar barədə kiməsə danışmaq üçün fürsət axtarırmış.

2019-cu ilin oktaybrın 1-də dostlar çay evində oturub söhbət edərkən Cavad dərdini açır və əmisinin ona işgəncələr verdiyi barədə dostuna məlumatlar verir.

Cavad illərdən bəri şüurunun dərinliklərində kök salmış qisasçılıq planlarını üzə çıxarır və əmisini, onun ailəsini öldürmək planının olduğunu deyir.

Dostundan cinayət aktını həyata keçirmək üçün köməklik istəyir, onu şirnikləndirmək üçün əlavə edir ki, əmisi inəklərini satıb və onun evində 7000 manat məbləğində pul var.

Cavadla Zamin razılaşırlar, daha doğrusu Zaminin cinayətə şərikliyində pul faktoru ağırlıq təşkil edir.

"Cavad təklif edir ki, əmisini öldürdükdən sonra onun ailə üzvlərini də öldürüb bir otağa yığacaq. Bundan sonra istifadə olunan maye qazı açaraq evi yandırmaqla cinayətin izini itirəcəklər", -deyə, istintaq materiallarında bildirilir.

Cinayət planı reallaşır, amma ortada pul yoxdur

Cavad əmisigilə yollanır və dostunu da özü ilə aparır, onu Ziyaməddin Kərimova nənəsinin yaxın qohumu kimi təqdim edir.

Ziyaməddin Kərimovun şübhələnməməsi üçün onlar bir yerdə xeyli söhbət edirlər, çay içirlər, yemək yeyirlər.

Bu minvalla gedən "isti" münasibət saat gecə 23:00 radələrinə qədər davam edir.

Dostlar bu müddətdə yaranan atmosferdən istifadə edərək Ziyaməddini yoldan çıxarıb cinayət törədiləcək məkana çəkmək üçün lazım olan oyunu qururlar.

Dostlar evdən çıxırlar və Ziyaməddin Kərimovun bağında gizlənirlər. Bu zaman Zamin dostunun əmisinə zəng edir və darıxdığını bildirir, onu söhbət etmək üçün bağa dəvət edir. Zaminlə Ziyaməddin xurma meyvəsinin ucuz olması mövzusunda söhbət edirlər, Zamin bu zaman uyğun zamanın yarandığını görərək cibindəki bıçağı çıxarıb Ziyaməddinin boğazına və bədənin digər yerlərinə zərbələr endirir.

10 metr aralıda dayanan Cavad gizləndiyi yerdən çıxır və Zaminlə birgə əvvəlcədən danışdıqları kimi əmisinin ailəsini öldürməyə yollanır.

Ancaq Cavad əmisinin evinə girdikdən sonra onun ailəsini ölürmək fikrindən daşınır və Zaminin gözlədiyi həyətə gəlir.

Cavadla Zamin Ziyaməddinin ölüb-ölmədiyinə əmin olmaq üçün cinayətin baş verdiyi məkana gedirlər.

Görürlər ki, Ziyaməddin Kərimov ölməyib və yerdə çabalayır. Bu zaman Cavad dostunun əlindən bıçağı alaraq əmisinin baş, kürək nahiyələrinə çoxsaylı zərbələr vurur və onun ünvanına təhqir yağdırır.

Zamin Cavaddan niyə əmisinin ailəsini öldürmədiyini soruşduqda isə Cavadın bəhanəsi bu olur ki, bıçaq tapmayıb.

Bu cinayətdən sonra isə Zamin gözlədiyi kimi pulun olmadığını görür, yəni Cavad öz qisasçılığını daha asan həyata keçirmək üçün Zamini bu işə cəlb edibmiş...

Məhkəmənin hökmü ilə Cavad və Zamin Cinayət Məcəlləsinin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bir neçə bəndi ilə təqsirli biliniblər.

Cavad 17 il 6 ay, Zamin isə 17 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2296   Tarix: 25 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

19:15 0
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 234
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 194
.