Laçın rayonunun yenidən bərpası ölkə iqtisadiyyatına töhfələr verəcək
Ötən il dekabrın 1-də üçtərəfli Bəyanata əsasən işğaldan azad olunan Laçın rayonunun iqtisadiyyatının əsasını vaxtilə heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edib. Bu mənada gözlənilir ki, Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından biri olan Laçın ölkə iqtisadiyyatına həmin sahələrdə mühüm töhfə verə biləcəkdir.
Işğaldan əvvəl rayonda müxtəlif sənaye, avtonəqliyyat müəssisəsi, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər müəssisələr fəaliyyət göstərirdi. Bu ənənəni nəzərə alanda Laçın rayonunu ölkə iqtisadiyyatının digər sahələrində də, xüsusən, sənaye sahəsində təcrübəyə malik bölgələrindən biri hesab etmək olar. Bundan başqa, Laçın rayonunda yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun öz gözəlliyi və orijinallığı ilə seçilirdi. Rayonda əmək qabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bu göstərici rayonun iqtisadi həyatında kənd təsərrüfatının tutduğu əsas yerin əyani göstəricisi hesab edilə bilər. Əhali burada əsasən heyvandarlıqla məşğul olmuş və iribuynuzlu mal-qara, arı, qoyun və keçi saxlayıb.
1992-ci ildə ərazisi erməni işğalına məruz qalan Laçın rayonunun əsas təsərrüfat subyektləri Ağcabədi rayonunun Taxta körpü ərazisində müvəqqəti fəaliyyət göstərməyə başlayıb. Rayon üzrə 109 sahibkarlıq subyekti mövcuddur. Rayon üzrə fermer və şəxsi təsərrüfatlarda 33 min 362 başdan çox iribuynuzlu mal-qara, 171 min 736 başdan çox xırdabuynuzlu heyvanlar saxlanılır.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Laçın rayonu Azərbaycana qaytarıldı və Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də rayonuna daxıl oldular.
Bu gün rayonda bərpa-quruculuq işlərim sürətlə həyata keçiririlir. Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuş və fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdır.
Laçının qaytarılması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edilmiş, hazırda Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, yeni infrastruktur yaradılır, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və regionun strateji əhəmiyyətini artıran Laçın hava limanı tikilir. Həmçinin rayonun kənd təsərrüfatı sahəsində kifayət qədər böyük ənənəyə, eyni zamanda, tikinti-inşaat sahəsində əhəmiyyətli xammal ehtiyatlarına malik olması Laçının qısa zamanda sosial-iqtisadi inkişafına imkan yarada biləcəkdir.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 889 Tarix: 25 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 238 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
18:22 0 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 263 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
19:30 1 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 "Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb
19:15 0 Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
10:26 234 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 "Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr
10:20 194