Saakaşvilinin anası oğlunun dəyişdiyini deyib

Saakaşvilinin anası oğlunun dəyişdiyini deyibGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya oğlunun depressiyaya düşdüyünü bildirib.

"Qafqazinfo" gürcü mediasına istinadən xəbər verir ki, bu barədə siyasətçinin anası Qoridəki hərbi hospitalda oğlunu ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"O, çox depressiyadadır, əvvəlki insan deyil. Biz hamımız, bütün cəmiyyət bu şəxsin azad edilməsinin qayğısına qalmalıyıq. Mişa özü hesab edir ki, indi mübarizə üçün vacib mərhələdir. Biz hamımız fəal olmalıyıq. Mişanı azad etmək üçün əmr verin", - G.Alasaniya jurnalistlərə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1519   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş