Evi olmadığı üçün qarajda yaşadı, iki dəfə intihara cəhd etdi...

Evi olmadığı üçün qarajda yaşadı, iki dəfə intihara cəhd etdi...Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür.

BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində müəllim ailəsində anadan olub. Ailədə iki qardaş, iki bacı olublar. Uşaq vaxtı ən böyük arzusu rəssam olmaq olsa da, atasının istəyinə görə bu arzunu gerçəkləşdirə bilməyib. Qəribə də olsa, atası bir oğlunu prokuror, Əjdəri isə aktyor kimi görmək istəyib.

1976-cı ildə o, atasının istəyini yerinə yetirərək İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ondan Adil İsgəndərov və Rza Təhmasib imtahan götürüblər. 1979-cu ildə o, təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.

Bu illər ərzində o, "Özümüzü kəsən qılınc", "Burlaxatun", "Bu dünyanın adamları", "Hökmdar və qızı", "Ölülər", "Kaş araba aşmayaydı" tamaşalarında müxtəlif janrlı obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevrilib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidovun sözlərinə görə o sakit, fağır uşaq olub:

"Uşaqlıqda həddindən artıq sakit, fağır olmuşam. Hətta atam əsəbiləşirdi ki, oğlan uşağı da bu qədər fağır olar? Bir az diribaş, cəld ol. Bir iş dalınca göndəririk, gəlib çıxmırsan. Uşaq hərəkətli, dəcəl olar. Belə sakit uşaq olmaz".

Əjdər Həmidov ilk dəfə təhsil almaq üçün kənddən şəhərə gələndə maddi çətinliklərlə üzləşib. Atası xəstə olduğundan ailə ananın maaşı ilə dolanıb. Aktyor çox ağır şəraitdə, çətinliklə universiteti başa vurur, dörd il tələbə yataqxanasında qalır. Qardaşına alınan plaşı növbəli şəkildə geyinməli olur. Universiteti bitirəndən sonra onu tələbə yataqxanasından çıxarırlar, kirayə ev tutmağa pulu olmadığından, maşın qarajında yaşamağa başlayır. Bir müddət sonra maaşını yığıb bir otaqlı ev alır.

Əjdər Həmidov "Kişi sözü" filmindəki Qasım obrazı ilə daha çox tanınıb. Aktyor filmin əsas qəhrəmanı Qasım kimi həyatda da böyük və dərin sevgi yaşayıb. O, müsahibələrinin birində bu haqda deyir:

"Elə böyük bir sevgi mənim həyatımda da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə də uğursuzluqla qarşılaşdım. Məhəbbətimiz filmdəki kimi nakam qurtardı. Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə də mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam. Filmdə isə Qasımı mən, Solmazı Sənubər İsgəndərli oynayırdı. Rejissor Cahangir Mehdiyev dedi ki, Əjdər, Sənubəri sevməlisən, yoxsa alınmayacaq, təbii olmayacaq. Dedim, sevmək sifarişlədir? Durduğum yerdə necə sevim? Amma etiraf edim ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Onu sevməmək olar? Bizim sevgimiz qısa çəkdi - 3 ay. Film bitən kimi Sənubər xanım öz, mən də öz yoluma getdik".

Əjdər Həmidov həmkarı, Xalq artisti Hicran Nəsirovanın bacısı ilə ailə həyatı qurur. Bu evlilikdən onun iki qız övladı dünyaya gəlib.

Vaqif Mustafayev qrim probleminə görə Əjdər Həmidovu "Yoxlama" filminə təsdiq etməkdə tərəddüd edib. Bir neçə məsləhətləşmədən sonra Əjdər Həmidov bığlarının qırxılmasına, saçlarının boyanmasına razılıq verib. Filmin çəkilişləri çox əziyyətli olub. Moskvadan onu əvəz etmək üçün 3 kaskadyor dəvət olunsa da, ən çətin və qorxulu səhnələri özü yerinə yetirib. İnadkarlığı isə ona baha başa gəlir. Yüksəklikdə çəkilən səhnələrin birində aktyor qorxub stress keçirib, xəstələnir. Bakını iki il tərk etməli olur, rayonların birinə gedib orada yaşamağa başlayır. Hətta iki dəfə intihara cəhd edir.

Bu hadisədən sonra aktyor 2007-ci ildə insult keçirərək xəstəxanaya aparılıb. Bir müddət müalicə olunduqdan sonra səhhəti düzəlməyə başlayıb. Həkimlər ona bir müddət səhnəyə çıxmağı qadağan etsələr də, aktyor teatrsız yaşaya bilməyəcəyin əsas gətirərək səhnəyə çıxıb. Mütəmadi həkim nəzarətində olan aktyorun təzyiqi isə çox vaxt 250-dən aşağı olmurmuş.

Əjdər Həmidov sonralar müsahibələrinin birində filmin çəkilişləri haqqında bu sözləri deyir: "Həmin filmdə elə səhnələr var idi ki, məni maşına sarıyırdılar, maşın da məni sürətlə sürüyürdü. Sonra məni qayadan aşağı atıblar, quyulara düşmüşəm, turbalardan keçmişəm və sairə. Yəni, filmdə ağır səhnələrdə olmuşam, çox xəsarətlər almışam. Demək olar ki, çəkilişlər zamanı mənim bədənimdə sağ-salamat yer olmayıb. Bütün qollarım, ayaqlarım zədələnmişdi, bədənim yaralı idi. Hətta filmdə bir yer var idi, gəminin lyukundan çıxıb qaçmalı idim. Sən demə, lyukun ətrafında kəsilmiş dəmir parçası qalıbmış. Qaçanda həmin dəmir mənim ayağımı kəsib parçaladı. Məni təcili xəstəxanaya gətirib, ayağımı tikdilər".

Aktyor hələ gənclik illərindən bu günə qədər 30 ildir toylarda tamada kimi iştirak edib. Tamadalığı sənətindən ayrı biznes hesab edib. Toylarda iştirak edə-edə filmlərə çəkilib, tamaşalarda iştirak edib.

Aktyor 2020-ci il noyabrın 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3370   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

19:15 0
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 234
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 194
.