Bakıda tanınmış musiqiçi ilə münasibətə girən azyaşlıdan açıqlama

Bakıda tanınmış musiqiçi ilə münasibətə girən azyaşlıdan açıqlamaBakıda yetkinlik yaşına çatmayan qızla daimi görüşərək cinsi əlaqəyə girən Yevlax rayon sakini, 2002-ci il təvəllüdlü İlkin Qədirov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ "publika.az"a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Suada İsmayılovanın (şərti adlı) İlkindən əvvəl və sonra da müxtəlif şəxslərlə cinsi əlaqəyə girməsi, həmin şəxslərlə müxtəlif ünvanlarda görüşməsi məlum olub.

Ona qarşı hər hansı zorakılığın olmadığını bildirən azyaşlı qız qanuni nümayəndəsinin iştirakı ilə baş vermiş hadisələrlə bağlı bunları deyib:

"İlkini 2018-ci ildən tanıyıram, onunla Nərimanov rayonu ərazisində gəzintidə olarkən tanış olmuşam, mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi.

Həm sosial şəbəkə, həm də mobil telefonla əlaqə saxlayırdıq. İlk əvvəl İlkinlə dost kimi münasibət saxlasam da, sonradan bir-birimizi sevməyə başladıq.

Onunla 2 ilə yaxın müddət ərzində əlaqə saxlasam da, həmin müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər İlkinlə danışan zaman o, mənimlə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib, bunu təklif etsə də, həmişə onun təklifini rədd etmişəm. 27 iyul 2020-ci il tarixdə də mənə kiminsə evində görüşməyi təklif edəndə ilk öncə onun təklifini rədd etdim.

Lakin israr etdiyindən onun təklifini qəbul etdim və 1 gün sonra onun tapdığı evdə onunla görüşməyə razılıq verdim. 28 iyulda Nərimanov rayonu, A.Qərib küçəsində yerləşən İlkinin dostu Faiqin kirayə yaşadığı evə getdik və qeyri-təbii yolla cinsi əlaqədə olduq.

06 yanvar 2021-ci il tarixədək dəfələrlə İlkinlə görüşərək cinsi əlaqədə oldum. Bundan başqa İlkinin xahişi ilə tanış olduğumuz müddətdə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişəm".

Məhkəmədə ifadə verən 2005-ci il təvəllüdlü qız İlkindən əvvəl bir musiqiçi ilə cinsi əlaqəyə girdiyini əlavə edib:

"2019-cu ilin yay aylarında anam, xalam və xalam qızı ilə birlikdə Pirşağıda yerləşən "Həyat" İstirahət Mərkəzinə istirahətə gedərək orada qalmağa 3 günlük yer götürmüşdük.

Orada E.S adlı musiqiçi (tanınmış musiqiçi olduğundan adını qeyd etmirik) istirahət mərkəzində müştəriləri əyləndirmək üçün skripka ifa edirdi.

Orada onunla tanış oldum və bir-birimizə telefon nömrəmizi verərək "Whatshapp" proqramı vasitəsilə əlaqə saxlamağa başladıq.

E.S mənim 2005-ci il təvəllüdlü olduğumu bilirdi. Onun təklifi ilə "Sahil" metrosunun yaxınlığında dərs dediyi yerdə və studiyasında bir neçə dəfə görüşdük. Lakin dəfələrlə təklif etsə də, onunla cinsi əlaqədə olmadım.

2020-ci ilin mart ayının sonlarında danışan zaman E.S mənimlə görüşməsini təklif edəndə, onun təklifini qəbul etdim və "20 yanvar" metrostansiyasının yaxınlığında onunla görüşdük və yaxınlıqdakı binada yerləşən evə getdik və orada cinsi əlaqədə olduq.

Bundan sonra onunla görüşmədim, həmçinin o məndən dəfələrlə pul istədiyinə görə onun nömrəsini qara siyahıya salıb uzaqlaşdım".

Yetkinlik yaşına çatmayan qız daha sonra bildirib ki, bu il 14 fevral tarixində Nərimanov rayonu ərazisində yerləşən restoranda Tural Hüseynov adlı şəxslə tanış olub.

Həmin vaxt onunla birlikdə olan qonşusu Vəfa isə Turalla birgə olan Samir Hüseynovla tanış olub. Turalla müxtəlif yerlərdə və oteldə görüşdüyünü bildirən Suada rəfiqəsi və Samirlə birlikdə maşınla Astara və Lerikə getdiklərini qeyd edib.

Suada bildirib ki, anası da restoranda və digər yerlərdə tanış olduğu şəxslərlə dəfələrlə görüşüb.

Bundan başqa o, qeyd edib ki, evdə narazılıq yarandığı üçün anası ilə birlikdə Bakı şəhərindəki evi tərk edərək Xırdalana köçüb.

Orada anası ilə dalaşdığı üçün Nərimanov rayonundakı otelə gedərək gecələyib oteldə Turalla görüşərək cinsi əlaqəyə girib.

Məhkəmədə zərərçəkən kimi tanınan və hazırda 16 yaşı olan qız bütün şəxslərlə könüllü cinsi əlaqəyə girdiyini, təqsirləndirilən şəxs olan İlkini sevdiyini və ona qarşı hər hansı tələbinin olmadığını, onun həbs edilməməsini xahiş edib.

İfadə verən Suadanın anası M.İsmayılova qızının qeyd edilən şəxslərlə münasibətinin olduğunu bildiyini, lakin onlarla görüşüb cinsi əlaqəyə girməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmə təqsirləndirilən İlkin Qədirovun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5592   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

12:32 238
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

19:15 0
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 234
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 194
.