Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?

Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?"Hazırda Xocasən Elektrik Deposunda tikinti tamamlanma mərhələsindədir. Orada xəttin inkişafına uyğun olaraq depo 3 mərhələdə inşa olunacaq. Gələn il onun birinci mərhələsi, yəni hazırda istismarda olan 3 stansiyaya xidmət göstərmək, qatarlara qulluq və təmir işlərinin aparılması üçün vacib olan infrastruktur qurulacaq. Bu istiqamətdə hazırda fəal işlər gedir".

Bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, bu işlərin tərkib hissəsi kimi gələn il həmin ərazidə yerüstü stansiya da istifadəyə veriləcək:

"Gələn ilin sonuna qədər bu işlər tamamlanacaq. Xocasən qəsəbəsində "Bakmil" stansiyasına bənzər bir stansiya olacaq. Həmin istiqamətlərdə işlər planlaşdırılmış şəraitdə gedir. Ona görə maliyyə problemi ilə qarşılaşmırıq".

Xocasən Elektrik Deposunun metropoliten üçün ən vacib infrastruktur olduğunu qeyd edən B.Məmmədov bildirib ki, hazırda orada 3 stansiya istismara verildiyindən artıq qatarların intensivliyi artırılıb:

"Buna uyğun olaraq orada qatarların sayı da artırılıb. Bu zərurətə uyğun olaraq elektrik deposunun inşası planlaşdırılmış qaydada birinci mərhələ üzrə gələn il tamamlanacaq".

Metropoliten rəsmisi hazırda Bakının Baş planı üzərində son tamamlama işləri aparıldığını və orada metro məsələsinə şəhər nəqliyyatının əsas tərkib hissəsi kimi xüsusi baxıldığını qeyd edib:

"Metronun inkişafı orada mərhələlərlə xüsusi nəzərə alınıb. Həmin layihə təsdiq olunanda artıq konkret planlar üzrə qeyd etdiyim stansiyaların inkişaf mərhələləri həyata keçiriləcək.

Həmin planda Metropolitenin xətlərinin ayrılması layihəsinə ən vacib məsələ kimi diqqət yönəldilib. Layihə 2 vacib "Yaşıl xətt" üzrə bəzi stansiyaların inşası ilə bağlıdır. Yəni, "Dərnəgül" stansiyası ilə "Koroğlu"ya qədər 3 stansiyanın inşası, "Xətai" stansiyasından sonra 4 stansiyanın inşası və ilkin mərhələdə xüsusən 2 stansiyanın inşası nəzərdə tutulub. Eyni zamanda, bundan sonra xətlər, "Yaşıl" və "Qırmızı" xətlər ayrılacaq deyə, "Qırmızı" xəttin "İçərişəhər" stansiyasından sonra bir və yaxud iki stansiyanın inşa olunması və dalan yolunun təmir olunması planlaşdırılır. Bu xətlərin ayrılması layihəsi maksimum 9 stansiyanın inşasını nəzərdə tutur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2023   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 234
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.