"Kontakt" yeniyetmə qızlar üçün "Her Improvement" İnkişaf Proqramına dəstək oldu

"Kontakt" yeniyetmə qızlar üçün "Her Improvement" İnkişaf Proqramına dəstək olduÖlkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan "Kontakt"ın dəstəyi və "FemTech" platformasının təşkilatçılığı ilə "Her Improvement" inkişaf proqramının birinci hissəsi yekunlaşıb.
Proqramın əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.

"Kontakt" yeniyetmə qızlar üçün "Her Improvement" İnkişaf Proqramına dəstək olduProqrama ümumilikdə ölkə üzrə 200-dən çox şəxs müraciət edib və onların arasından layihə kriteriyalarına ən uyğun gələn 25 nəfər iştirak hüququ qazanıb. 10 saatlıq təlim proqramını əhatə edən birinci mərhələdə iştirakçılara 3 bölmədən ibarət tematik təlimlər və vörkşoplar keçilib. Əlavə olaraq, Bakı Mühəndislik Universitetinin innovasiya və texnologiya mərkəzi olan texnoparkla tanışlıq və komandalara öz ideyalarının ilkin forması üzərində işləmələri üçün mühit yaradılıb.

"Kontakt" yeniyetmə qızlar üçün "Her Improvement" İnkişaf Proqramına dəstək oldu"Qadınların cəmiyyətdəki rolunun təbliği, onların şəxsi və peşə məqsədlərinin dəstəklənməsi "Kontakt"ın Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz hissəsidir. Bu siyasətimiz çərçivəsində qızlarımızın peşəkar inkişafına yönəlik sosial layihələrə dəstək olmağa, yeni müsbət dəyərlər aşılamağa, bununla cəmiyyət üçün faydalı olmağa çalışırıq". – deyə "Kontakt"ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova layihə barədə fikirlərini bölüşərkən bildirib.

"Kontakt" yeniyetmə qızlar üçün "Her Improvement" İnkişaf Proqramına dəstək olduQadın sahibkarlığının inkişafına nail olmaq üçün yeniyetmə qızlarla bərabər, həm də onların ailələri ilə işlər aparılmalıdır. Məhz buna görə, "Her Improvement" Proqramının II mərhələsinə layihə iştirakçılarının valideynləri də cəlb olunacaq. Onlarla psixoloji və biznes yönümlü görüşlər, həmçinin valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə yönəlik vörkşoplar keçiriləcək.
Proqram çərçivəsində növbəti bir il ərzində "Kontakt" və "Femtech"in təşkilatçılığı ilə daha bir neçə təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən "Kontakt" "Qadınlar İnkişafı Proqramı" çərçivəsində illərdir davamlı layihələr həyata keçirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1001   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 228
.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə görüşüb

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. xəbər verir ki, danışıqlar təxminən 40 dəqiqəlik fasilə ilə ümumilikdə 4,5 saat davam edib. Rusiya nümayəndə heyətinə Ukrayna prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayn

10:37 197
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

10:26 234
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

19:30 1
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.