FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən BiG.AZ-a daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 24-ü günün ikinci yarısından başlayaraq noyabrın 27-dək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə noyabrın 25-i gündüzədək güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2173 Tarix: 24 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNyu-Yorkda şirkət rəhbərinin qətlində təqsirləndirilən şəxs günahını etiraf etdi
ABŞ-nin ən böyük tibbi sığorta şirkətlərindən biri olan "UnitedHealthcare" şirkətinin rəhbəri Brayan Tompsonu Nyu-York şəhərində qətlə yetirməkdə ittiham olunan Luici Mancone təqsirini etiraf edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Mancone məhkəmədə Tompson
16.08.2026 185 Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu
Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb. "Daily Mail"ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi. Tədbi
16.08.2026 159 Almaniya kansleri və hökumətindən narazılıq rekord həddə çatıb
Almaniya kansleri Fridrix Mertsdən və onun hökumətindən narazılıq yeni rekord həddə çatıb. "Report"un Bild qəzetinə istinadən verdiyi məlumata görə, bunu INSA Sosioloji İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir. Respondentlərin cəmi 16%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib
16.08.2026 126 NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
Fransa, Almaniya və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair gələcək danışıqların formatı üzərində işləyir, məqsəd danışıqlar masası arxasında Avropanın yerini təmin etməkdir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" beş avropalı məmura istinadə
16.08.2026 177 Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Böyük Britaniya nüvə silahına malik "ilk İslam Respublikası" olacaq. "Report" xəbər verir ki, bu barədə Baş nazir "Qaley İsrailin Müdafiə Ordusu"nun hərbi radiosuna müsahibəsində bildirib. "Nüvə silahına malik il
16.08.2026 190 Gizlənqaç oynayan 13 yaşlı qız faciəvi şəkildə öldü
Rusiyanın Zabaykal diyarının Borzya şəhərində 13 yaşlı qız gizlənqaç oynayarkən lift şaxtasına düşərək ölüb. yerli mediaya istinadən xəbər verir ki, bir qrup uşaq tərk edilmiş binaya daxil olub. Gizlənqaç oynayarkən uşaqlar ayrılıblar. Qaranlıqda hərəkət edən 13 yaşlı məktəbli qız açıq lift şaxtasın
16.08.2026 215 Günəş vannası qəbul edən gənc qadının dərisi qaraldı: Ölümcül xəstəliyin əlaməti imiş
29 yaşlı britaniyalı Porru Qay dərisinin qeyri-adi şəkildə qaraldığını görüb. Sonradan məlum olub ki, bu, ciddi xəstəliyin əlaməti imiş. xəbər verir ki, gənc qadının başına gələn hadisə barədə "Daily Mirror" nəşri yazıb. Məlumata görə, Porru Qay ailəsi ilə birlikdə İspaniyada istirahətdə olarkə
16.08.2026 181 Tramp Kamala Harrisin yenidən prezidentliyə namizəd irəli sürülməsini təklif edib
ABŞ Prezidenti Donald Tramp siyasi rəqibləri olan Demokratlar Partiyasına 2024-cü il seçkisində məğlub etdiyi Kamala Harrisi yenidən prezidentliyə namizəd irəlü sürməyi təklif edib. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Tramp polis akademiyasında çıxışı zamanı Harrisin Co Bayden administrasiyasınd
16.08.2026 179 İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib. "Report"un verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb. Məlumat
16.08.2026 149