"1033" gecə klubunun rəhbəri həbs edilib - VİDEO
Paytaxtın Yasamal rayonunda yerləşən "1033" gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı gecə klubuna gələn şəxslərin COVID-19 pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub. Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhkum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və "1033" gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2144 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: "Moskva ilə münasibətlərdə kəskin addım atmayacağıq"
Erənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan Moskva ilə münasibətlərdə kəskin addımlar atmaq niyyətində deyil. xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Minval Politika" Telegram kanalı məlumat yayıb. Paşinyan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə dostlu
15:32 196 Qabil Abbasoğlu: Media dayanıqlı şəhər inkişafı və iqlim davamlılığı üzrə ictimai məsuliyyəti gücləndirir
Dayanıqlı şəhər inkişafı, mənzil əlçatanlığı və iqlim dəyişiklikləri müasir medianın diqqət mərkəzində olan əsas mövzulardandır. "APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində "Media as a Driver of Public Discourse on Housing and Urban Resilience" ("Medianın mənzil v
21:15 123 Tramp ABŞ-ın İrana yenidən zərbə endirə biləcəyini, lakin Tehranın razılaşma əldə etmək istədiyini bildirib
Prezident Donald Tramp çərşənbə axşamı günü bildirib ki, ABŞ İrana yenidən zərbə endirməli ola bilər və hücum əmrini verməzdən bir saat əvvəl təxirə salıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp bu açıqlamaları Tehranın ABŞ-İsrail müharibəsinə son qoymaq üçün yeni təklifindən sonra planlaşdırıla
11:07 198 Çinin Yaxın Şərqdən aprel ayında neft idxalı azalıb, Rusiyadan neft tədarükü artıb
Çərşənbə günü dərc edilən gömrük məlumatlarına görə, Çinin ən böyük təchizatçısı olan Rusiyadan xam neft idxalı ötən ay 8,97 milyon ton və ya gündə 2,18 milyon barel təşkil edib ki, bu da illik müqayisədə 11% çoxdur. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Çinin Rusiyadan neft idxalını dahada artıracağ
11:48 192 Qızıl və gümüş ucuzlaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Bizim.Media birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,04% azalaraq 4,464.2 ABŞ dollarına bərabər olub
22:00 78 Daşınmaz əmlak bazarında real vəziyyət və əsas səbəblər
"Daşınmaz əmlak bazarında qiymət artımı son illərdə daha aydın şəkildə müşahidə olunur və bu proses bir neçə əsas iqtisadi və sosial amilin birgə təsiri ilə formalaşır. Ən vacib səbəblərdən biri tələb və təklif balansının pozulmasıdır. Alıcıların sayı getdikcə artsa da, satışa çıxarılan mənzil
12:59 268 İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2008-c
13:54 272 Tarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?
Baham adalarına ayaq basaraq dünya tarixinin gedişatını dəyişən məşhur səyyahın həqiqi kimliyi ilə bağlı sensasion nəticələr əldə olunub. Alimlərin kompüter modelləri və minlərlə genetik göstəricidən istifadə etməklə apardığı araşdırma uzun illərdir müzakirə olunan bir sirrə yeni işıq salıb. Qaynarinf
22:15 77 Qəbələdə maye qazdoldurma məntəqəsi bağlandı - Video
Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Sərdar Rəhbər oğlu Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində yoxlama aparılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya verilən məlumata görə, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlük
11:57 203