"Uşağımdan nə istəyirlər, bilmirəm" - Bakıda "Səma" bağçasından ŞİKAYƏT - VİDEO
Bakıda bağça müəlliməsinin uşağı döydüyü iddia edilir.
Bu barədə redaksiyamıza şikayət daxil olub.
Sonxeber.az-ın məlumatına görə, Kərimova Cəmalə adlı valideyn "Səma" uşaq bağçasının işçi heyətindən şikayət edir.
O bildirir ki, bağçada vəzifəsi bilinməyən qadın oğlunu döyüb:
"Kamera ola-ola mənim uşağımı neçə dəfə vurublar. Bu bağça mənim başıma oyun açdı. Bilirəm ki, valideynlər bu mövzuda çox həssasdırlar. İstəyirəm, məlumatlı olsunlar. Bağça Bakıxanovda yerləşir. Videoda görünən xanım uşağın öz müəlliməsi deyil. Heç bilmirəm, o orada nə işlə məşğuldur. Uşaqlar gələndə qızdırmasını ölçürdü, lazım olanda dərmanlarını verirdi, bəzən də kameradan görürdüm ki, dərs də keçir.
Bir dəfə oğlumun qulağından dartıb başından vurmuşdular. Dərhal bağçaya getdim, mənə belə bir şeyin mümkün olmadığını dedilər. Dedim ki, "necə mümkün deyil ki, mən kamerada özüm gördüm". Üzr istədilər, müəllimənin əsəbi vaxtına düşmüş ola biləcəyini, bir də belə bir hadisənin yaşanmayacağını bildirdilər. Yola verdim.
Daha sonra növbəti dəfə uşaq evə gəldikdə üzündə cızıqlar olduğunu gördüm. Soruşduqda isə müəllimənin etdiyini dedi. Yenidən bağçaya üz tutdum, boyunlarından atdılar ki, özü oyuncaq maşınla edib. Buna da "yaxşı" dedim. Amma artıq görürəm ki, mənim övladıma qarşı çox aqressivdirlər. Düzdür, nadinc uşaqdır, anlayıram, ancaq bu onlara döymək haqqı vermir. Videoda açıq-aşkar görünür. Uşağın əlindən topu alır, digər uşağa verir. Qapı tərəf videoda tam görünmür, amma topu necə aldığı, itələdiyi bilinir. 2 yaş yarımlıq uşaq yerə yıxılır, ağlaya-ağlaya qalır. Heç biri götürüb sakitləşdirmir. Uşağımdan nə istəyirlər, bilmirəm".
Sonxeber.az məsələnin doğruluğunu öyrənmək üçün "Səma" uşaq bağçası ilə əlaqə saxlayıb, lakin sərt reaksiya ilə qarşılaşıb.
Belə ki, nömrəsi bağçanın "Facebook" səhifəsində qeyd olunan, özünü köhnə müdir kimi tanıdan şəxs əməkdaşımızı yalançılıqla ittiham edib. Nömrəsinin başqaları tərəfindən bilərəkdən mediaya verildiyini deyib. O, adını təqdim etməməsi ilə yanaşı, məsələ barədə də açıqlama verməyib və əməkdaşımızı hədələyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3112 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə güclü zəlzələ oldu
Malatyanın Battalqazi rayonunda 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) məlumat yayıb. AFAD-ın məlumatına görə, zəlzələnin episentri Battalqazi olaraq elan edilib və zəlzələ Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay və Adana kim
21:00 150 İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2008-c
13:54 272 55 yaşlı Litmanen karyerasını bərpa etdivə qol vurdu
Fevralın 20-də 55 yaşı tamam olan finlandiyalı əfsanəvi futbolçu Yari Litmanen peşəkar futbola qayıtmaq qərarına gəlib. -ın xarici mediaya istinadən məlumatına görə, hücumçu dərhal böyük klublarla müqavilə imzalamayıb, lakin Estoniya çempionatının dördüncü divizionuna keçib. "Barselona", "Liverpul"
18:30 170 Bütün pensiyalar ödəndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişlərini yekunlaşdırıb. Bu barədə BİG.AZ-a nazirlikdən məlumat verilib. Mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gü
16:14 245 Qabil Abbasoğlu: Media dayanıqlı şəhər inkişafı və iqlim davamlılığı üzrə ictimai məsuliyyəti gücləndirir
Dayanıqlı şəhər inkişafı, mənzil əlçatanlığı və iqlim dəyişiklikləri müasir medianın diqqət mərkəzində olan əsas mövzulardandır. "APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində "Media as a Driver of Public Discourse on Housing and Urban Resilience" ("Medianın mənzil v
21:15 123 Ağ ayıda quş qripi aşkarlandı
Norveç hakimiyyəti Avropada ilk dəfə bir ağ ayıda quş qripi virusunun aşkarlandığını açıqlayıb. Hadisə Arktikada yerləşən Svalbard arxipelaqı bölgəsində qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, ölü tapılan təxminən bir yaşlı erkək ağ ayı və bir morjdan götürülən nümunələrdə H5N5 quş qrip
23:00 1 Həyat yoldaşının saçını qırxan şəxslə bağlı qərar
Arvadının saçını keçəl qırxaraq ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan olunub. Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilə
10:59 437 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alır?
Azərbaycanda ortaaylıq əməkhaqqı məbləği 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artıb. Qaynarinfo xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşı
11:36 329 Tramp ABŞ-ın İrana yenidən zərbə endirə biləcəyini, lakin Tehranın razılaşma əldə etmək istədiyini bildirib
Prezident Donald Tramp çərşənbə axşamı günü bildirib ki, ABŞ İrana yenidən zərbə endirməli ola bilər və hücum əmrini verməzdən bir saat əvvəl təxirə salıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp bu açıqlamaları Tehranın ABŞ-İsrail müharibəsinə son qoymaq üçün yeni təklifindən sonra planlaşdırıla
11:07 198