Ağdaşda 15 yaşlı qızın toyu oldu: 4 yaşında göbəkkəsdi olubmuş
Ağdaşda 15 yaşlı qızla evlənən 24 yaşlı şəxsə cinayət işi açılıb. Məhkəmə onun barəsində hökm çıxarıb. İfadələrdən məlum olub ki, qızın 4 yaşı olanda evləndiyi oğlanla göbəkkəsdi ediblər.
BiG.AZ musavat.com-a istinadla xəbər verir ki, işin üstü toydan sonra açılıb. 24 yaşlı Qasımın (ad şərtidir) 15 yaşlı Çiçəklə (ad şərtidir) toyu olub. Qız toyu onun anasıgilin həyətində, oğlan toyu isə rayonda şadlıq sarayında keçirilib.
Bu hadisədən sonra Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Qasımla Çiçək həm də qohumdur.
Qasım deyib ki, ailə qurduğu Çiçək onun qohumu olub, ailəvi gediş-gəlişləri də var imiş.
Bir-birlərini uzun müddət sevdiklərini deyən Qasım bildirib ki, ailə qurmaq qərarına gəldiklərini valideynlərinə deyiblər və onlar da etiraz etməyib.
Onun sözlərinə görə, 4 yaşları olanda valideynləri onları göbəkkəsdi ediblər. İşin maraqlı tərəfi budur ki, göbəkkəsdidən sonra Çiçəyi də Qasımın ailəsi saxlayıb.
Çiçək 15 yaşına çatanda onların əvvəlcə qız toyu olub. Qız toyu Çiçəyin valideyinlərinin həyətində baş tutub. Oğlan toyu isə rayondakı şadlıq sarayında keçirilib.
Onların hər ikisi xoşbəxt olduqlarını deyiblər. Çiçək 2020-ci ildə - 16 yaşında ana olub...
Araşdırmalar zamanı Çiçək, onun valideynləri və Qasımın valdieynləri də eyni məzmunlu ifadə veriblər.
Tərəflərin bir-birindən şikayətçi olmaması Qasımın cəzasını yüngülləşdirib və ona 1 il müddətinə şərti cəza təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1736 Tarix: 21 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 193 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
20:00 1 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 205 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 273 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 227