600 il sonra bir ilk: Bir də 2669-cu ildə təkrarlanacaq

600 il sonra bir ilk: Bir də 2669-cu ildə təkrarlanacaqSon 6 əsrin ən uzun Ay tutulması baş verib.

Ay yerin kölgəsində 3 saat 28 dəqiqə qalıb. Ortaya isə maraqlı görüntülər çıxıb.

Təxminən 600 ilin ən uzun Ay tutulması 2021-ci ilin son astronomik hadisələrindən biri olub.

Tutulma bütün Şimali Amerika və Cənubi Amerikanın bəzi bölgələri ilə yanaşı, Şimal-Şərqi Asiyada da müşahidə olunub.

Tutulma orta hesabla üç saat yarım davam edib.

Çilidən Yaponiyaya, Çindən Meksikaya qədər bir çox ölkədə milyonlarla insan tarixi ana şahidlik etmək üçün toplaşıblar.

Ay tutulması Yerin kölgəsi bu göy cisminin üzərinə düşdükdə baş verir.

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsinin (NASA) məlumatına görə, ən uzun Ay tutulması sonuncu dəfə 1440-cı il fevralın 18-də müşahidə edilib. Növbəti 2669-cu ildə baş verəcək./Teleqraf.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1121   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar