Toyların azalmasına səbəb nədir? - ARAŞDIRMA

Toyların azalmasına səbəb nədir? - ARAŞDIRMAToyların təşkilinə izacə verilməsinə baxmayaraq, keçirilən el şənliklərinin sayı pandemiyadan öncəki dövrdən çox aşağıdır.

Görəsən bu, nə ilə bağlıdır?

"Kaspi" qəzetinin əməkdaşı mövzu ilə bağlı maraqlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik:

Yadımdadır, çox yox, bundan iki il öncəyə qədər məhərrəmlik və matəm günləri istisna olmaqla, hər gün toy edənlərin sədasını eşidirdik. Ya toy korteji ilə rastlaşır, ya hansısa binadan gələn vağzalının əks-sədasını eşidir, ya da açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Hələ həftə sonları... Əgər həftə sonudursa, qadınlar üçün gözəllik salonlarında yer tapmaq müşkül məsələ idi. Ta ki, pandemiyaya qədər.

Toy səsinə həsrət idik...

Məlumdur ki, pandemiya səbəbindən bir ildən çox müddətdə toylar qadağan olunmuşdu. Toy səsinə həsrət idik. İyulun 1-dən qaydalara riayət etməklə kütləvi şənliklərə rəsmi şəkildə icazə verildi. Qonaqların sayının 50-150 nəfərdən çox olmaması, yaşı 18-dən yuxarı olanlardan COVID-19 pasportu tələb edilməsi, masalar arasında məsafənin qorunması tələbi ilə toyların keçirilməsinə icazə verildi. Karantin qaydalarının yumşaldılmasından sonra, sözün əsl mənasında toy-toya qarışdı. Toy etmək üçün aylardır gözləyənlər şadlıq evlərinə axın etdilər. Məhz həmin günlər şadlıq sarayları, restoranlarda yer tapmaq mümkün deyildi. Hər kəs 1 ildən çoxdur ki, gözlədiyi toy həsrətinə qovuşmağa can atır, pandemiya dövründə evlənənlər, övlad sahibi olanlar belə yenidən toy edirdilər. O qədər çox toy olurdu ki, sosial şəbəkələrdə gün ərzində 4-5 toya çağırılanlar narazılıq edirdilər.

"Toysuzluğa öyrəşdik, yoxsa..."

İndi isə "sanki qurbağa gölünə daş atılıb" misalını gətirsək, yanılmarıq. Nə toy var, nə karvanı... 1 il öncəsinə qədər toylarla bağlı qadağanın götürülməsini həsrətlə gözləyən əhali indi, demək olar ki, toy etmir. Səbəb nədir? Toysuzluğa öyrəşdik, yoxsa evlənmək istəyən yoxdur?

Virusdan qorxurlar?

Şəhərin məşhur şadlıq məkanları ilə əlaqə saxladıq. Demək olar ki, əksəriyyəti sifariş gözləyir. Deyirlər ki, yay ayları ilə müqayisədə toy sifarişləri 70 faiz azalıb. Əvvəllər toy etmək üçün 6 ay öncədən müraciət etməli olduğumuz məşhur restoranlardan birində noyabr ayında cəmi 2 toy var. Restoran sahibləri məhərrəmlikdən sonra canlanma gözləsələr də, vəziyyət istənilən kimi olmayıb. Adının açıqlanmasını istəməyən restoran işçisi deyir ki, insanların əksəriyyəti virusdan qorxduğu üçün toy etmək istəmir: "2019-cu ildə bizim restoranın boş günü olmurdu. Heç məhərrəmlikdə də belə boşluq yox idi. İnsanlar virusdan qorxduğu üçün yumşalmaların olmasını gözləyirlər. Çünki 150 nəfərlə heç kim toy etmək istəmir. Bu, nə restorana sərf edir, nə də toy yiyəsinə".

Bu toyları edənlər o insanlar idi ki...

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, məhdud sayda qonaqların iştirakına icazə verildikdən sonra məhz koronovirus səbəbindən toyları təxirə düşənlər məcburiyyət qarşısında toy etdilər: "Koronavirusla bağlı qadağalar yumşaldıqdan sonra 150 nəfərlik toylara icazə verildi. Bu toyları edənlər o insanlar idi ki, onların buna son dərəcə ehtiyacları var idi. Ya ailələr hansısa formada problem yaşayıb, toyu etmək məcburiyyətində qalırdılar, ya da pandemiyadan əvvəl bütün hazırlıq işləri görüldüyü üçün buna məcbur olurdular. İcazə verilən kimi dərhal bu fürsətdən istifadə etdilər və həmin vaxt toy bumu yaşandı".

"150 nəfərlik limitlə bu, mümkün deyil"

Ekspert vurğulayır ki, hazırda toylar arasında müəyyən qədər fasilələrin yaranmasının əsas səbəbi maliyyə məsələləri ilə bağlıdır: "Toylarda dəyişən və ümumi xərclər var. Dəyişən xərclər dəvət edilmiş qonaqlara çəkilən xərclərdir. Adətən ortabab restoranlarda bir adama 35-50-65 manat pul hesablanır. Bu, dəyişən xərclərdir. Məsələn, 100 nəfəri toya dəvət edib 65 manatdan hesablasaq, 6500 manat, 150 nəfərə isə 9000 manat xərclənir. Bununla paralel, ümumi xərclər var ki, bura qızıl, gəlin maşını, paltar xərcləri və s. daxildir. Buna da ən az indiki reallıqla 9-10 min manat pul xərclənir. 150 nəfərlik toy edən şəxsin ümumilikdə 19 min manat xərci çıxır. Toy yiyəsinə gəliri qonaqların sayı gətirir. Say az olduqda daha açıq desək,150 nəfərdən 19-20 min pul toplamaq mümkün deyilsə, toy etmir. O insanlar toy edir ki, topladığı gəlir onlar üçün göstərici deyil. Çox vəsait xərcləməklə toy etməyə razıdırlar. Yetər ki, toyları olsun. Onlar gəlir götürmək düşüncəsində deyillər. Amma bilirik ki, bizim cəmiyyətdə insanların böyük əksəriyyəti, heç olmasa çəkdikləri xərcin, sərf etdikləri vəsaitin toyda yığılmasını arzulayır, buna çalışırlar. 150 nəfərlik limitlə bu, mümkün deyil. Burada ancaq ziyana gedirsən".

"İnsanlar nə vaxt 300-500 nəfər qonaq çağıra bilsə..."

Həmsöhbətimizin sözlərinə görə, insanlar nə vaxt 300-500 nəfər qonaq çağıra bilsə, o zaman toy, çal-çağır səsini də çox eşidəcəyik: "İnsanlar 150 nəfərlə toy etmək istəmirlər. Onlar gözləmə mövqeyindədirlər. Nə zaman 300-500 nəfər çağıra bilsələr, onda toy edəcəklər ki, çəkdikləri xərci çıxara bilsinlər. Kökdə duran məsələ budur. Hazırda toyu o insanlar edir ki, maddi vəziyyətləri normaldır, xərcə düşməkdən qorxmurlar, xərc olsa belə, elə bir zərurət yaranıb ki, bu ailənin qurulması mütləqdir, hər hansı digər səbəblərdən dolayı nikah baş tutmalıdır. Bu say da çox azdır. Məcburiyyət qarşısında olanlar artıq yay aylarında arzularına çatdılar. İndi isə hər kəs gözləyir. Ona görə də, toyların kəskin səngidiyini müşahidə edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1163   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 193
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

20:00 1
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

14:46 205
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 236
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 273
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.