Alimlər: "COVID-19 deltayabənzər ştamlara görə tam yox olmayacaq"
SARS-CoV-2-nin delta ştamının əsas xüsusiyyətləri olan yenidən yoluxma qabiliyyəti və ötürülmə sürətinin yüksək olması pandemiyanın uzanmasına səbəb ola bilər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə T.H.Çan adına Harvard İctimai Səhiyyə Məktəbinin alimləri bildiriblər. Onların araşdırması "Cell" jurnalında dərc olunub.
COVID-19 yayıldıqca onun patogeni mutasiyaya uğrayıb. "Beta" ştamı "yerini bərkidə" və ya epidemiyanın gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilməsə də, bəzi variantlar, məsələn, "alfa" (Britaniya ştamı) və "delta" (Hindistan) kimi variasiyalar tez bir zamanda dominant ştama çevrilib.
Araşdırma müəllifləri hipotetik variantların yaratdığı pandemiyaların infeksiyaya qarşı mübarizə üsulları kimi müxtəlif kombinasiyalardan - maska rejimi, məsafə saxlama və vaksinasiyadan istifadə edən əhaliyə necə təsir edəcəyini göstərən model yaradıblar. Təhlil iki xüsusiyyətin kombinasiyası da daxil olmaqla, bir neçə ssenarini təklif edib: "alfa" variantına oxşar yoluxma sürəti, "beta" üçün xarakterik olan immun cavabdan qismən yayınma, "delta" kimi bu xüsusiyyətlərin birləşməsi və sadalanan əlamətlər olmayan variant.
Komanda "alfa" və "beta" variantlarının iki əsas xüsusiyyətinə malik olan Hindistan ştamının daha çox narahatlıq doğurduğunu müəyyən edib. Tədqiqatçı Meri Buşmanın fikrincə, "delta"nın aktivliyini azaltmaq üçün ən təsirli üsul kütləvi peyvəndləmə olaraq qalır.
"İnsanların "delta" kimi variantların ortaya çıxmasının peyvəndi daha da əhəmiyyətli etməsini anlamasını təmin etmək lazımdır. Virusu məhv edə bilməsək belə, insanların onunla hazırlıqlı şəkildə qarşılaşmasını təmin edə bilərik", - alim fikrini tamamlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 918 Tarix: 20 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 225 Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir
8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ
10:24 193 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
20:00 1 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 205 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 273 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 227