10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın bacısı Şəhanə Quliyeva ifadə verib.
Ş.Quliyeva məhkəmədə vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıb. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, şahidin hazırkı ifadəsi ilə əvvəlki ifadələri arasında ziddiyətli məqamlar mövcuddur.
Proses noyabrın 24-ə qədər təxirə salınıb.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4796 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 295 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 318 Xankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 192 ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?
ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v
15:00 206 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
18:30 1 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 253 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
12:15 226 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264