Sahibə Qafarova: "Əfv fərman və sərəncamları ilə 9 minə yaxın məhkum azadlığa buraxılıb"

Sahibə Qafarova: "Əfv fərman və sərəncamları ilə 9 minə yaxın məhkum azadlığa buraxılıb""Vətən müharibəsi və postmünaqişə dövründə Milli Məclis tərəfindən qanunvericilik bazasının zənginləşdirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır. Belə ki, müharibə ilə əlaqədar qanunvericilik bazasının möhkəmləndirilməsi üçün parlamentimiz tərəfindən bir sıra bəyanat, qərar və digər sənədlər qəbul olunmuşdur. Milli Məclisin 2020-ci il 13 noyabr tarixli iclasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət ünvanlanmışdır. Noyabrın 20-də isə Prezident İlham Əliyevin xalqa müraciəti ilk dəfə olaraq parlamentin iclas zalında canlı yayımlanmışdır".

"Report" xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın rəsmi mətbuata müsahibəsində yer alıb.

Milli Məclisin Sədri qeyd edib ki, bu dövrdə qəbul olunmuş sənədlər sırasında hərbi vəziyyətin elan edilməsi və ləğv edilməsi haqqında ölkə Prezidentinin fərmanlarının təsdiq edilməsi barədə, Vətən müharibəsində qələbə münasibəti ilə ölkənin orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında", "Zəfər Günü"nün iş günü olmayan bayram günü hesab edilməsi, hər il sentyabrın 27-nin şəhidlərin xatirəsini yadetmə günü - Anım Günü kimi qeyd olunması barədə qanun və qərarları göstərmək olar.

"Parlamentin 5 noyabr tarixində keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunmuş, bu bayram münasibətilə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmışdır. Həmçinin Zəfər Günü münasibəti ilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubu göndərilib və məktublar gəlməkdə davam edir.

Digər mühüm bir məsələ möhtərəm Prezident İlham Əliyev tərəfindən Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürülməsi və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunmasıdır. Qeyd edim ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir. 1995-2021-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezident İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilmişdir. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır", - Sahibə Qafarova qeyd edib.

Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunub.

"Beləliklə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbənin ildönümünü - Zəfər bayramını böyük sevinclə və böyük ümidlərlə qeyd edir. Azərbaycan gələcəyə daha böyük inamla baxır, öz yoluna əmin addımlarla, qətiyyətlə davam edir. Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!", - Milli Məclisin Sədri əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 07 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.