Tələbə yoldaşı ilə evlənən jurnalist

Tələbə yoldaşı ilə evlənən jurnalistVaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün Ombudsman Aparatının Mətbuat xidmətinin sabiq rəhbəri Zemfira Məhərrəmlidən bəhs edəcəyik:

Məhərrəmli Zemfira İsmayıl qızı 11 dekabr 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Onun jurnalistikada ilk təyinatı televiziyaya verilsə də, "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı Nəsir İmamquluyevin istəyi ilə həmin qəzetlərdə çalışıb.

Z. Məhərəmli 1979-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 2003-cü ildə isə Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Zemfira xanım bu ilin mart ayında prezidentin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına, 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

O, 2003-cü ildə Azərbaycan Respublikasının ilk Ombudsmanı Elmira Süleymanova tərəfindən ombudsman aparatına dəvət alıb. 2003-cü ildən mətbuat xidmətinin rəhbəri olan Zemfira Məhərrəmli 2016-cı ilin yanvarında öz ərizəsi ilə işdən ayrılıb. Buna səbəb kimi isə müstəqil jurnalist olmaq, yaradıcılığa daha çox zaman ayırmaq istəyi olub.
Zemfira Məhərrəmli "Döyüşə qızlar gedir", "Qarabağda savaş var", "Ötür durna qatarı", "Qırx qız dastanı", "Garabagh war witnessed by women", "Karabaxskaya voyna: srajalisğ i jenşinı", "Bir ömürdə yaşanan üç həyat", "Oyuncaq, Söz adamı", "Sonbaharın ilgımları", "Qarabağ müharibəsi: zərif talelər", "Analıq haqqı", "Bədii düşüncədə Qarabağ" kimi əsərlərin müəllifidir. Onun əsərləri rus, türk və ingilis dillərinə tərcümə edilib.

Zemfira Məhərrəmli əməkdar jurnalist Qulu Məhərrəmlinin həyat yoldaşıdır. Xatırladaq ki, Zemfira xanım müsahibələrinin birində Qulu Məhərrəmli ilə tələbə yoldaşı olduqlarını deyib: "Qulu müəllimlə tələbə yoldaşı olmuşuq. 1973-78-ci illərdə Jurnalistika fakültəsində birgə oxumuşuq. 1979-cu ildə ailə qurduq. Ümumiyyətlə, yaradıcı adamlar, o cümlədən jurnalist xanımlar üçün məişət qayğıları çətin olur. O qadın jurnalistlərin bəxti gətirib ki, həyat yoldaşları ilə eyni peşənin sahibidirlər, bu baxımdan həmkarları onları daha yaxşı başa düşür".

Qeyd edək ki, Zemfira xanım və Qulu Məhərrəmlinin evliliklərindən 2 uşaqları var. Onların heç biri media sahəsində deyil.

Bundan əlavə Zemfira xanım zaman-zaman öz çıxışlarında jurnalistikadakı problemlərdən də danışıb. O bildirib ki, indi bəzi televiziya adamları, istedadına və yaradıcı qabiliyyətinə görə deyil, sadəcə efirdən görünən sifətinə görə tanınırlar: "Görün, qəzetlərimizdə nə qədər istedadlı qələm sahibləri, o cümlədən bacarıqlı jurnalist qızlarımız çalışır, amma onları çoxları tanımır, onlar çox vaxt populyar ola bilmir, sanki kadr arxasında qalırlar. Halbuki, televiziyada ikicə dəfə şou verilişi aparan, heç də böyük istedad sahibi olmayan aparıcıları elə tez tanıyırlar ki...".

Hazırda Zemfira Məhərrəmli yaradıcılıqla məşğuldur.

Tələbə yoldaşı ilə evlənən jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2773   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

23:15 1
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 273
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 212
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 169
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

21:45 1
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.