Polisdən sürücülərə müraciət: "Qazanclarını cərimələrə deyil, öz ailələrinə xərcləsinlər" - FOTO

Polisdən sürücülərə müraciət: "Qazanclarını cərimələrə deyil, öz ailələrinə xərcləsinlər" - FOTOSosial şəbəkələrdə tez-tez sürücülərlə yol polisi arasında yaşanan mübahisəli məqamlara rast gəlirik. Kimin haqlı, kimin haqsız olması isə, təbii ki, məsələyə və aparılan araşdırmaların yekun nəticəsinə görə dəyişir. Mübahisəli məsələlərdən biri də sürücülərin "Yol hərəkəti haqqında" qanunun tələblərini pozduqları zaman onlara yazılan cərimələrlə əlaqəli olur.

Belə ki, mübahisə o zaman yaranır ki, sürücü ya qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilən cərimədən və ya cərimənin ödənilməsinin gecikdirdiyi üçün yaranmış əlavə məsuliyyətdən, beləliklə də artan cərimə məbləğindən şikayət etməyə başlayır. Mübahisələr isə bəzən qalmaqallı hadisələrlə yekunlaşır.

Elə olur ki, sürücü tək və ya sərnişinlərlə birlikdə nəqliyyat vasitəsilə ilə hərəkətdə olan zaman zərurət yaranarsa, yol polisi əməkdaşları tərəfindən saxlanılır. DYP əməkdaşı sürücüyə tətbiq edilən cərimənin ödənilmədiyini bildirir və onu hərəkətdən uzaqlaşdırıb müvafiq qaydada avtomobilini cərimə meydançasına aparır.

Təbii olaraq ailə üzvləri maşında olan zaman və ya təcili getməli olduğu ünvana tələsən zaman belə bir problemlə rastlaşmaq heç kimə xoş olmaz. Məhz bu zaman polis əməkdaşlarının müvafiq təlimata uyğun tələbləri sürücü və polis əməkdaşı arasında mübahisənin yaranması ilə nəticələnir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında sürücülərin bənzər problemlərlə qarşılaşmaması üçün tətbiq edilən cərimələrin qanunla nəzərdə tutulan müddətdə geniş yayılan ödəniş köşklərində və ya elektron xidmətlərdən istifadə etməklə onlayn qaydada ödənilməsini tövsiyə edir:

"Cəmiyyət varsa, deməli inzibati xətalar da olacaq, cinayət də olacaq. Hüquq-mühafizə sistemlərində xidmət edən əməkdaşların da borcu insanları bu kimi inzibati və digər növ məsuliyyət yaradan hallardan çəkindirməkdir. Lakin inzibati tənbeh tədbirlərinə tuş gələn sürücülərin qanunvericiliyin tələblərinə əməl etməyərək, vəziyyəti bilərəkdən və ya bilmədən ötən müddət ərzində özləri üçün əlavə məsuliyyət yaratması bizi narahat edir. Belə ki, bu sahədə insanların onların istifadəsinə təqdim edilən mövcud elektron xidmətlərdən düzgün istifadə etməməsi sonrakı mərhələlərdə yollarda DYP əməkdaşları ilə sürücülər arasında xoşagəlməz mübahisələrə gətirib çıxara bilir. Hər bir inzibati xəta törətmiş şəxs barəsində qanunvericilikdə müəyyən olunmuş qaydada istər xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə elektron qaydada, yəni avtomatik üsulla real vaxt rejimində, həmçinin polis əməkdaşının birbaşa yolda tərtib etdikləri protokolları onların qərarlarını elektron sistemlərdən istifadə etməklə nəzarətdə saxlaya bilərlər. Bunun üçün sürücülər nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirləri çərçivəsində öz üzərinə düşən məsuliyyəti bilməli və zamanında yerinə yetirməlidirlər. Əks təqdirdə bu məqam gələcəkdə daha xoşagəlməz hallarla nəticələnə bilir.

Belə hallarla rastlaşmamaq üçün əvvəlcə sürücülərimiz yol hərəkəti qaydalarına məsuliyyətlə riayət etsinlər ki, cərimə olunmasınlar və qazanclarını cərimələrə deyil, öz ailələri üçün xərcləsinlər. Cərimələrdən şikayət etmək əvəzinə ondan nəticə çıxarıb, eyni növ xətaları etməməyi düşünmək daha doğru olar. Vətəndaşlarımız bilməlidir ki, yol hərəkəti qaydalarında inzibati xəta törətdikləri zaman tətbiq edilən cərimə protokolu qüvvəyə mindikdən sonra 10 gün ərzində baş verən inzibati xətaya uyğun olaraq ödəniş edərkən 10 % məbləğində güzəşt əldə edirlər. Məsələn, sürücü 50 manat dəyərindəki cəriməni 10 gün ərzində ödəsə, 45 manat ödəyə bilər. Dövlətimiz vətəndaşına məsuliyyətdən yayınmamaq üçün qanunla belə bir üstün imkan da yaradıb. 10 gündən sonra isə İnzibati Xətalar Məcəlləsinin (İXM)150-ci maddəsinə uyğun olaraq, tətbiq edilən cəriməni 1 ay ərzində heç bir artım olmadan güzəştsiz qaydada ödəyə bilər. Bir ay tamam olduqdan sonra isə cərimənin ödənilmədiyi hər ötən gün üçün 1 faiz dəbbə pulu hesablanır, 3-cü aydan sonra isə nəqliyyat vasitəsinin idarə olunması hüquqi olaraq məcburi qaydada məhdudlaşdırılır. Həmin şəxslər nəqliyyat vasitəsini idarə edərkən "iPatrul" sistemi və digər xüsusi texniki vasitəsilə müəyyən edilir ki, bu zaman da DYP əməkdaşları vəzifə borcunu yerinə yetirməli, qanunun tələblərinə uyğun olaraq tədbir görməlidirlər. Belə olan halda isə bəzi sürücülərlə polis əməkdaşları arasında xoşagəlməz dialoqların yarandığının şahidi oluruq. Onu da qeyd edim ki, inzibati məsuliyyətdən yayınma halları sürücülərin barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına qədər gətirib çıxara bilər.

Bu kimi hallarla qarşılaşmamaq üçün biz sürücülərimiz üçün "AsanPay" kabinetlərinin yaradılmasını tövsiyə edirik. Beləliklə də hər bir sürücü yaradılan şəxsi kabinetində idarə etdiyi nəqliyyat vasitəsilə ona tətbiq edilən bütün növ inzibati protokollar barədə məlumat əldə edə və barəsində yazılan protokoldan şikayət edə bilər. Sürücülərimiz və sürücü olmayan digər vətəndaşlarımız "Mygov.az" portalı vasitəsilə nəinki cərimələrlə, eləcə də sürücülük vəsiqələri, texniki şəhadətnamələri üzrə məlumatlarını və ümumilikdə DİN-in vətəndaşlara göstərdiyi bütün xidmətlər üzrə məlumatları rahat şəkildə əldə edə bilərlər. DİN proaktiv və reaktiv xidmətləri vətəndaşlara təqdim edən dövlət qurumlarının içərisində ilkin təcrübə nümayiş etdirib və bu prosesi daim nəzarətdə saxlayır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olaraq bütün növ təbliğat xarakterli müraciətlərimizdə hərəkət iştirakçılarını hər zaman qaydalara riayət etməyə çağırmışıq. Fürsətdən istifadə edib bir daha yol hərəkəti iştirakçılarına nəzərdə tutulan qaydalara əməl etməyi, həyat və sağlamlıqlarına biganə qalmamağı və məsuliyyət yaradan hallara yol verməməyi xahiş edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 05 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

23:15 1
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 273
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 212
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 169
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

21:45 1
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.