Qarabağda döyüşən ABŞ ermənisindən etiraf - VİDEO

Qarabağda döyüşən ABŞ ermənisindən etiraf - VİDEOVətən müharibəsi zamanı düşmən ordusunda xarici muzdluların, diaspor ermənilərinin iştirak etdiyi sirr deyil.

Artıq bunu ermənilərin özləri də etiraf edirlər. Amerikada doğulan, şərti adı Ceyms olan 40 yaşlı erməni ötən il Tağaverd və Qırmızı Bazar kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib.

O, terrorçu VOMA hərbi birləşməsinin sıralarında Azərbaycan Ordusuna qarşı vuruşub. Amerikalı muzdlu cəbhəyə tibb işçisi kimi yollansa da, ilk gündən əlinə silah aldığını deyir. O bildirib ki, pilotsuz uçuş aparatı "Bayraktar" onların yerlərini təyin edə bilməsin deyə smartfon telefonlardan istifadə etməyiblər.

Onun sözlərinə görə, müharibənin bitməsindən bir il vaxt keçsə də, hələ də Ermənistandadır. Orada yaşayır və aldığı xəsarətlərə görə müalicə alır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1158   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az