Hava nə vaxt düzələcək?

Hava nə vaxt düzələcək?Azərbaycanda qeyri-sabit hava şəraitinin stabilləşəcəyi vaxt açıqlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində yağış müşahidə ediləcək:

"Axşama doğru həm külək, həm də yağışın tədricən kəsiləcəyi gözlənilir".

"Oktyabrın 27-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti tədricən stabilləşəcək və növbəti iki gün ərzində əsasən yağmursuz, mülayim hava şəraiti müşahidə olunacaq və temperatur tədricən yüksələcək", - deyə U.Tağıyeva əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2143   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş