FHN sürücülərə müraciət etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində şərti yanğın təlimi keçirilib.
BiG.AZ "Xəzərxəbər"ə istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.
Avtomobillər nizamsız halda park edilib, bu da yanğın və digər fövqəladə hallar zamanı xüsusi texnikaların hadisə baş verən sahələrə girişində ciddi məhdudiyyətlər yaradıb.
Görüntülər Nəsimi rayonu Vladislav Plotnikov, Mirəli Qaşqay, Eldar Tağızadə və Ceyhun Hacıbəyli küçələrini əhatə edən yaşayış kompleksinin ərazisindəndir. Ərazidə yaşayan sakinlər bildiriblər ki, kompleksdə hər hansı bir yanğın və digər hadisələr baş verdikdə yanğınsöndürmə avtomobili hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkir. Bu gecikmələr də xoşagəlməz hadisələrlə, hətta insan itkiləri ilə nəticələnə bilir.
Elə bu məqsədlə həmin ərazidə FHN şərti yanğın təlimi keçirib. Bu çərçivədə yanğın həyəcanı verilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin hadisə baş verən ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov bildirib ki, şərti yanğın təliminin keçirilməsində məqsəd Bakının sıx yaşayış ünvanlarına və hərəkətin intensiv hissələrində mövcud vəziyyəti ictimaiyyətə çatdırmaqdır.
Rəis müavini sakinlərə müraciət edərək, onları fövqəladə hallara qarşı birlikdə müzakirə aparmağa və avtomobillərin park edilməsi zamanı mümkün riskləri nəzərə almağa çağırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1309 Tarix: 25 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
11.11.2026 159 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 200 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11.11.2026 269 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11.11.2026 345 Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə
11.11.2026 186 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
11.11.2026 279