Goranboyda oğurluq edən şəxslər saxlanılıblar

Goranboyda oğurluq edən şəxslər saxlanılıblarGoranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən Naftalan şəhər sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş, Namiq Cavadov və həmyerlisi Sərxan Azər oğlu oktyabr ayının müxtəlif vaxtlarında, qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq hər bir mağazadan ümumi dəyəri 3 484 və 3 238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar. Bundan başqa, saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların rayon ərazisində 3 poçt məntəqəsi və 1 icra nümayəndəliyinin inzibati binasına qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif kompüter qurğuları və 100 manat nağd pul oğurlaması məlum olub.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.