NATO Baltikyanı ölkələrdə sayca 3-cü aviabazasını istifadəyə verir

NATO Baltikyanı ölkələrdə sayca 3-cü aviabazasını istifadəyə verirNATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib.

"Report" xəbər verir ki, bu barədə alyansın hava komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.

"Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq təyyarələri qəbul edə bilir", - NATO-nun məlumatında deyilir.

Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.

Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaq mənzilli pilotsuz uçuş aparatları da yerləşəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az