Gözəl bədən quruluşunu saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT
Britaniyalı həkim-diyetoloq Maykl Mosli çəkini nəzarətdə saxlamaq və sağlam həyat sürmək istəyənlərə bir neçə sadə məsləhət verib.
BiG.AZ xəbər verir ki, onun tövsiyələrini "Express" dərc edib.
Moslinin sözlərinə görə, pəhriz saxlamaq həqiqətən çətindir, lakin istədiyin çəkini uzun müddət qorumaq ondan da çətindir və bunu 5 nəfərdən yalnız biri edə bilir.
İstədiyiniz çəkini saxlamaq üçün həkim aşağıdakı məsləhətləri verib:
1. Qəbul edilən kalorilərin miqdarını nəzarətdə saxlamaq. Hər kəs üçün yaş, çəki və əzələ kütləsinə uyğun olaraq, norma müəyyən edilməlidir. Ən əsas göstərici isə metabolizm sürətidir. Heç bir şey etməyib, sadəcə oturduqda da yandırılan kalorilərin miqdarı həmin sürətdən asılı olaraq dəyişir.
2. Fiziki məşqlər. Çox vaxt insanlar mütəmadi olaraq idman etməkdə çətinlik çəkirlər. Ona görə də, heç olmasa, hər yarım saatdan bir işə ara verib 5 dəqiqə yüngül idman hərəkətləri etmək məsləhətdir. Bundan başqa, diyetoloqun sözlərinə görə, gün ərzində kiçik gəzintilər etmək birbaşa 10 min addım keçməyə çalışmaqdan yaxşıdır.
3. Mütəmadi olaraq tərəziyə çıxmaq və bədən ölçülərini götürmək. Lakin asılılıq yaratmamaq üçün bunu tez-tez etmək məsləhət deyil.
4. Eyni düşüncədə olan və ortaq hədəflərə malik insanlardan dəstək almaq. Sizi ruhdan salan, "bir tikə ilə heç nə olmaz", "5 günlük dünyadır, ye, iç, kef elə" kimi sözlərlə "yoldan çıxarmağa" çalışan insanlardan mümkün qədər uzaq durmaq məsləhətdir.
5. Evdəki zərərli məhsulları faydalı qidalarla əvəzləmək. Bu yolla "atışdırma" problemini həll etmək olar. Necə deyərlər, "gözdən uzaq, könüldən iraq". Gözünün özündə, əlinin altında zərərli yemək olmasa, insanın nəfsi onu çəkməyəcək, çəksə də, yeməyəcək.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2015 Tarix: 23 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 929 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1095 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 602 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 877 Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 800 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 909 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 590 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 840 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 828