Üçüncü dozanı vurduranın kovid pasportu müddətsiz olacaq - TƏBİB rəsmisi

Üçüncü dozanı vurduranın kovid pasportu müddətsiz olacaq - TƏBİB rəsmisiİmmunitet sertifikatının etibarlılıq müddəti altı aydır. Həmin müddət bitəndən sonra vətəndaşlara tövsiyə edirik ki, COVID-19 əleyhinə gücləndirici doza vurdursun. Bu zaman bir doza ilə immunitet sertifikatının müddəti müddətsiz olaraq uzanır, həmçinin onun immunitet sertifikatında buster doza deyə bir yazı əmələ gəlir. Hazırda dünyada koronavirus əleyhinə dörd platforma üzərində vaksinlər mövcuddur. Azərbaycan nadir ölkələrdəndir ki, hər dörd platformada hazırlanmış vaksin ölkəmizdə mövcuddur. Vətəndaşlar vaksinasiya zamanı özləri seçim edə bilirlər.

Hazırda ölkəmizdə 98 faiz "Sinovac" şirkətinin vaksinindən istifadə olunur.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

"Hazırlanan vaksinlər yeni olduğu üçün onların qoruyuculuq müddətini tam dəqiq bilmirik. Araşdırmaların nəticələrini izləyirik. Tədqiqatlar göstərir ki, onların qoruyuculuğu 6 aydan sonra zəifləməyə başlayır. İnsanların immun sistemi çox individualdır. Ona görə də bəzi insanlara buster doza, yəni bir doza tövsiyə olunduğu halda, bəzi hallarda revaksinasiya, yəni iki doza belə məsləhət görülə bilər.

Buster doza eyni istehsalçının da ola bilər, fərqli peyvənd də vurula bilər. Avropada bir çox araşdırmalar göstərir ki, buster doza olaraq fərqli istehsalçıların vaksini seçilərsə, daha yaxşı nəticə əldə etmək olar. Lakin bu, o demək deyil ki, biz gücləndirici doza olaraq eyni vaksin növünü seçə bilmərik. Məlumat üçün bildirmək istərdim ki, Hepatit B-yə qarşı illərdir buster dozadan istifadə olunur. Bu, tibbin profilaktikasında mövcud olan bir haldır və əsas məqsəd bədəndə olan anticisimlərin təsir müddətini uzatmaq və gücləndirməkdir".

Departament rəhbərinin sözlərinə görə, xarici ölkələrin immun və peyvənd sertifikatlarının Azərbaycanda tanınması məsələsi Səhiyyə Nazirliyi tərəfindən həll olunub. Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrdə vurulmuş vaksin və ya keçirilmiş xəstəliyi təsdiq edən sənəd qəbul olunur, baxılır və buna əsasən qərar verilir.

"Düşünürəm ki, yanvar ayından bu günə qədər vaksinlə bağlı xeyli işlər görmüşük. Tariximizə nəzər salsaq heç vaxt ölkəmizdə belə genişmiqyaslı vaksinasiya aparılmayıb. Hazırda ölkəmizdə 9 milyondan çox vaksin vurulub. Bu, çox böyük rəqəmdir. Lakin hələ hədəfimizə çatmamışıq.

Qarşıdan qış mövsümü gəlir. Qapalı məkanlarda daha çox vaxt keçirəcəyik, təmaslar artacaq. Bu zaman yoluxma saylarının da artımı qaçılmazdır. Ona görə də vətəndaşlara buster dozanı tövsiyə edirəm. Buster dozanı xüsusilə də tibb işçilərinə, yaşı 50-dən yuxarı olanlara, immun sistemi çatışmazlığından əziyyət çəkənlərə məsləhət görürük. Buna baxmayaraq, yaşından asılı olmayaraq, hər kəs müraciət edib üçüncü dozanı vurdura bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2588   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11.11.2026 197
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 186
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb

11.11.2026 247
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 302
.