Meyxanaçının üstündən narkotik maddənin çıxma anları - VİDEO

Meyxanaçının üstündən narkotik maddənin çıxma anları - VİDEOMeyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.

Oxu.Az-ın əldə etdiyi görüntülərə görə, üzərinə baxış keçirilən zaman onun çantasından 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, C.Babaşov dediyi meyxanaya görə saxlanılıb. Lakin videoda görünür C.Babaşov narkotik vasitəni çantasından çıxararaq, polisə təqdim edir. Eyni zamanda, onun davranışları, mimikası, əlinin üstü və üzündəki yaralar narkotik vasitə aludəçisi olmasından xəbər verir.

Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3058   Tarix: 21 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti