Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıb

Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıbLerik rayonunda ağır yol qəzası baş verib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lerik rayonunu ərazisində baş verib.

Belə ki, rayonun Qəlbin kənd sakini 1984-cü il təvəllüdlü, Rafael Məmməd oğlu Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü ciddi xəsarət alıb.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılib. R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 461   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az