Bill Klinton xəstəxanadan evə buraxılıb

Bill Klinton xəstəxanadan evə buraxılıbQan zəhərlənməsi səbəbindən Kaliforniya ştatında xəstəxanaya yerləşdirilən ABŞ-ın keçmiş prezidenti Bill Klinton tibb mərkəzindən evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Klintonun nümayəndəsi Anxel Urenya özünün tvitterdəki hesabında yazıb.

O, əlavə edib ki, B. Klintonun temperature, ağ qan hüceyrələrinin sayı normallaşıb və antibiotik kursunu tamamlamaq üçün Nyu-Yorkdakı evinə qayıdacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 369   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş