Hamını güldürən "Həyat həkim": "O videodan sonra mənə yazdılar ki..." - MÜSAHİBƏ

Hamını güldürən "Həyat həkim": "O videodan sonra mənə yazdılar ki..." - MÜSAHİBƏÇoxları onu sosial şəbəkələrdə həkim obrazında videoları ilə tanıdı, sevdi. Pandemiya zamanı koronavirus, peyvənd videoları ilə bəzən həkimlərə, bəzən də insanlara satirik mesajlar verdi. Daha sonra bürcləri "təhlil" edərək yenidən hər kəsin üzündə gülüş yaratdı.

BiG.AZ xəbər verir ki, Lent.az-ın müsahibi Azərbaycan Film Akademiyasının aktrisası "həkim" Həyat Məlikovadır.

– Həyat "həkim", sizə koronavirusun uğur qazandırdığı şəxs deyə bilərik?

– Yox, elə düşünürəm ki, məni Azərbaycan Film Akademiyası kəşf elədi. Mövzu olaraq, ilk videolar həkimlərə və koronavirusa həsr olundu. Ona görə insanlar düşünür ki, mən koronavirusa görə uğur qazandım.

– Peyvəndlərlə bağlı da bir çox videonuz oldu. Həyat "həkim", Azərbaycanın istehsal edəcəyi, sizin "Bakı vaksini" adlandırdığınız peyvəndi kimlərə məsləhət görürsünüz?

– Məncə, Azərbaycan peyvəndinə hazırda bir çox insanların ehtiyacı var. İstifadə olunsaydı, hər kəsə məsləhət görərdim. Hər şeyin yaxşı olması üçün "Bakı vaksini"nə ehtiyacımız var.

– Akademiyadan öncə Həyatın həyatı necə idi?

– Həyatın əvvəlki həyatı, işi tamam fərqli idi. Ağlım kəsəndən aktyor olmaq istəmişəm. Sadəcə şans olmayıb. 9-cu sinfi bitirdikdən sonra işə başladım. Gözəllik salonunda saç, daha sonra isə dırnaq ustası kimi fəaliyyət göstərdim. O aralar İncəsənət Universitetinə sənəd verməyi düşünürdüm. Sadəcə şans yaranmadı. Heç imtahana belə gedə bilmədim. Bir dəfə sənədlərimi vermək istədim, onda da gecikdim, alınmadı. Ondan sonra bir daha cəhd etmədim. Ətrafımdakı dost-tanışlar həmişə deyirdi ki, sən İncəsənət Universitetinə getsən yaxşı olar. Yaş irəlilədikcə, daha da həvəsdən düşdüm, artıq o arzumu unutdum. Çox çətin və pis bir zamanda işdən çıxmışdım. Evdə bir anlıq bilmirəm necə oldusa, internetdə aktyorluq kurslarını axtarışa verdim. Bəlkə də istədiyim, arzuladığım sənətin adını belə görmək məni sakitləşdirərdi deyə axtarışa verdim, bilmirəm…

Axtarışda ilk olaraq Film Akademiyasının adı çıxdı. Yazdım. Cavab yazacaqlarına belə inanmadım. Səhəri gün zəng gəldi və məni dəvət etdilər. Dərslərə baxmaq təklif olundu. Əgər bəyənsəm, davam edəcəkdim. Burada mənim diqqətimi nə çəkdi? Düzdür, danışığa gəlmişdim, amma maddi cəhətdən kursa gəlmə ehtimalım çox az idi. O an dibdə idim. Mənə dedilər ki, bir aydan sonra sən bizə nəticə verməsən, kənarlaşdırılacaqsan. Artıq burada maddiyatın sonrakı planda olduğunu, ilk olaraq sənət düşünüldüyünü anladım. Fotoaparatımı satıb, onun pulu ilə kursun ödənişini edib, dərslərə başladım. Nə yaxşı ki, gəldim və dərslərə başladım.

Bir gün dərsdə parodiya edirdim. Müəllimimiz Zaur bəyi (Azərbaycan Film Akademiyanın təsisçisi və direktoru) dəvət elədi ki, gəlib baxsın. Üzümə gülüb dedi ki, səndən nəsə edəcəm: "Həyat, sən nə qəribəsən". Az müddət keçəndə akademiyanın Quba turu oldu. Yolda avtobusda kiçik stend-up göstərdim.

– Çox vaxt bu cür insanlara istedad genetikadan keçir.

– Nəsildə aktyor olan yoxdur, amma ailəmizdə yumor hissi güclüdür. O vaxt İncəsənət Universitetinə sənəd vermək istəyimi deyəndə, anam etiraz elədi. Maddi problemlər olduğuna görə, işləməli olduğumu bildirdi. Mən də o yaşda, onun dediyi kimi edib, işləməyə başladım. İndi gənclər daha şanslıdır. Sosial şəbəkələr var, istədiklərini rahat deyə bilirlər, kurslar var. Mən də heç bir cəhətdən o şans yox idi.

– Həkim obrazı ilə tanındınız. Özünüzü başqa hansı obrazda görürdünüz? Bu obraz sizə təqdim ediləndə etiraz və ya tərəddüd elədinizmi?

– Obraz üzərindən müzakirələr getmədi. Sadəcə mən həkimlərlə bağlı ilk videonun çəkiliş günündə hazır deyildim. Həmin gün çəkilmək istəmirdim. Paltarı bəhanə etmək istədim. Bir də gördüm Zaur bəy bütün tibbi ləvazimatları, eynəyi qarşıma qoydu. Artıq heç nə deyə bilmədim. Video çəkildi. Axşamı Zaur bəy mənə link göndərdi. Elə bildim akademiyanın "Youtube" linkidir. Açmıram ki, işim bitəndə baxaram görüm nədir. Bir də gördüm Zaur bəy zəng elədi ki, Həyat, linkə baxdın? Dedim yox, əlimdə işim var, bitsin baxacam. Dedi, camaat səndən danışır. Sən demə, video bütün sosial şəbəkələrdə paylaşılır, aləm dəyib bir-birinə. Bir də gördüm adıma səhifələr açılıb. Zaur bəy ondan sonrakı mərhələni, nə olacağını, hansı mövzuda videolar çəkiləcəyini, hər şeyi planlaşdırmışdı.

– Videolara yazılan şərhləri oxuyursunuz? Ümumiyyətlə, şərhlər sizin üçün maraqlıdırmı?

– Bəziləri öz adından yaza bilməyəndə başqa profil açaraq cavab yazır. Başqa adda saxta profilim yoxdur. 7-8 ildir ki, sosial şəbəkələrdən istifadə edirəm. Lakin rəy yazan biri deyiləm. Sadəcə "like" edirəm. İndi rəylərə anam və tanımadığım insanlar cavab yazır (gülür). Hərdən yazırlar ki, bu da bunun vəkilidir. Amma doğrudan da o insanları tanımıram. Heç vaxt saxta hesabla özümü qorumaram, kiminsə rəyinə cavab yazmaram. Ehtiyac olan rəylərə açıq-aydın videolarda cavab verirəm.

Doğru tənqidə hər zaman hazıram. Məncə, bu işə başlamışıqsa, açıq olmalıyıq. Amma heç kimin təhqir etməyə ixtiyarı yoxdur. Mən də videolarda heç kimi təhqir etmirəm. Edəcəyim işin də təhqir tərəfi yoxdur.

– Çoxu sizi Aygün Bəylərə bənzədir.

– Ola bilər ki, stil və səs tonuna görə bənzədirlər. Aygün Bəylər öz sənətində bəlli bir yerə gəlmiş və sənəti olan insandır. Amma tamam fərqli sahədəyik.

– Rəylərdə sizə Azərbaycan dilində düzgün danışmamağı irad tuturlar. Bu iradı qəbul edirsiniz?

– Mən orada gündəlik həyatımda danışdığım kimi danışıram. Vay o adama ki, Azərbaycan dilini bildiyi halda, nə üçünsə başqa dildə danışır. Hər zaman öz dilini bilib, başqa dildə danışan insanlara qarşı olmuşam. Çox vaxt rus dilini bilmədiyimizə görə, cəmiyyətin bəzi üzvləri tərəfindən iradlar eşidirik. Rus, ingilis mənim dilimi bilmir, amma biz hara gedirik onların dilində danışırıq. Onlar gələndə isə öz dilimizdə danışmırıq.

– Həkimlər tərəfindən videolarla bağlı hansısa etirazlarla qarşılaşmısınızmı?

– Həkimlər videoları çox gözəl qarşıladılar. Düşünürəm ki, tibb sahəsində düzgün nöqtələrə toxunduq. Onlar tərəfindən həm də ona görə etirazla qarşılaşmadıq ki, Azərbaycanda kifayət qədər işinin peşəkarı olan həkimlər var. Onlar Həyat "həkim"i digərlərindən qorudu. Bəzən bizə mövzular da verirdilər ki, bunları da işləyək, yayımlayaq. Nevroloqun estetik cərrah olması ssenarisini bir həkimin müraciətindən sonra hazırladıq. Peşəkar həkimlər çoxluq təşkil edir və onlar bizi anladılar. Əgər qeyri-peşəkarlar çoxluq təşkil etsəydi, o zaman bizi "yeyərdilər".

Bəlkə də, ssenarisiz, nizamsız-plansız danışıb, video çəksəydik, haradasa narazılıq olardı. Amma bizdə hər şey sistemli, planlı şəkildə aparılır. Hətta özləri bizə yazırlar ki, bu mövzu haqqında da video hazırlayın. Bir xəstə ötürmək məsələsində 1-2 nəfərdən narazılıq oldu. İstənilən bir mövzudan danış, "biz elə deyilik", deyən olur. Siz o cür olmaya bilərsiniz, amma bu o demək deyil ki, bu cür insanlar yoxdur.

– Çoxları sizi blogger kimi də təqdim edir. Aktrisa Həyat, ya blogger Həyatı seçirsiniz?

– Hər sosial şəbəkədə tanınan şəxsi artıq blogger kimi təqdim edirlər. Amma mən blogger yox, aktrisa Həyatam. Firmalardan reklam təklifləri indi də çox gəlir. Hər şeyin öz vaxtı var. Dəfələrlə həkim videoların önünə firma, klinikalar öz loqolarını yerləşdirmək istədiklərini bildiriblər. Bunu etmədik. Kifayət qədər böyük məbləğ də təklif etdilər. İnsanların sevgisindən sui-istifadə etmək istəmirik. Onlar həmin videoları paylaşanda sevinirlər, gülürlər. Pulun qarşılığında onların sevgisini istismar etmək istəmədik. Gələcəkdə aktrisalıq istiqamətində reklam təklifi olsa, düşünəcəyik. O da düzgün şəkildə. Yəni, 300 manat verirəm, bunu hekayə bölümündə paylaş şəklində yox. Hansısa brend firma sima olaraq mənim çəkilməmi istəsə, o zaman danışıqlar apara bilərik. Burada məbləğ ikinci planda olacaq. Əsas məhsul normal olmalıdır və aktrisa kimi işim görünməlidir.

– Hansı mövzu üçün video çəkməyə tərəddüd edirsiniz?

– Sonuncu videodakı mövzuya (red- kişi niyə xəyanət edir) toxunmaq istəmədim. Çünki bu həssas mövzudur. Biz bəlkə də çatdırmaq istədiyimiz fikri insanlara ötürə bilməyəcəkdik. Yəni, ssenaridə Zaur bəyin düşündüyü ilə mənim beynimdəki üst-üstə düşməyə bilərdi. Ona görə həmin videoda dedim ki, bundan "linc" edilə bilərik.

Məsələn, müəllim mövzusuna da toxunmuşduq. Tamam başqa yerdən toxunduq, tamam başqa yerdən anlaşıldı. Əsas odur ki, qapanma olmadı, hədiyyələrini aldılar (gülür). Və doğrudan da şikayət edən müəllimlər orada rəy bildirdilər ki, bəzi həmkarlarımdan utanıram. Hədiyyə alanlar da cavab olaraq, "ayıb olsun sənə" yazdılar. O videodan sonra mən məktəbimə getdim. Müəllimlərim dedi, arxandayıq. Bəziləri də yazdılar ki, sən müəllimlərinə hörmət eləməmisən? Mən müəllimlərimə hörmət eləməsəm, onlar mənə dayaq olardılar? Əgər, sən elə deyilsənsə niyə narahatsan ki?

Çoxları videoların altına yazır ki, buna gülmədim. Biz bəzən paylaşdığımız, çəkdiyimiz videoları gülmək üçün hazırlamırıq. Orada vermək istədiyimiz mesaj var. İnsanlara onu ötürmək istəyirik. Baş verən hadisələrə gülüş qataraq insanlara çatdırırıq.

– "Onlayn həkim" olmaq çətindir?

– Bu gün insanların müsbət enerjiyə böyük ehtiyacları var. "Onlayn terapiya" gülüş terapiyasıdır. Gülüş ömrü uzadır və insanlar bizim hazırladığımız videolara baxaraq, gülürlər. Həyat "həkim" insanları güldürərək sağaldır. Karantin və müharibədən sonra adamların psixologiyası çökmüş vəziyyətdə idi. Məncə biz yaxşı bir iş görürük və gördüyümüz işi də bilirik.

Təkcə onlayn "həkim" olmaq yox, onlayn hər şey çətindir. Yenə deyirəm, onlayn həkim ancaq Həyat "həkim"dir (gülür).

– İlk videolar da çox gözəl sloqanınız var idi: Sənin adın ölümdürsə, mənim də adım Həyatdır. Sonrakı videolarda bu şüar səsləndirilmədi.

– Hər videoda da bunu demək olmur. Amma serialımızda buna geniş şəkildə toxunacağıq. Bundan əlavə serialda, Həyat "həkimin" yaranma hekayəsi, qısa çəkdiyimiz videolar, dialoqlar daha ətraflı təqdim olunacaq.

– Serial neçə bölüm olacaq?

– 3 illik planımız var. 12 bölümlü serial və iki bədii film düşünürük. Ondan sonra da layihəmiz var. Bütün bunları öz platformamızda yayımlamağı düşünürük. Hələ hansısa kanalla razılaşmamız yoxdu. Amma sabah şərtlərimiz uyğun olsa, bu haqda düşünə bilərik.

– Televiziyalarda stend-uplar yayımlanır. İştirak etməklə bağlı sizə təkliflər gəlib?

– Təklif gəlib, amma qəbul etmirik. Bizim gedəcəyimiz yol elə stend-up üzərindədi.

– Müasir dövrdə bir çox dietoloq və psixoloqlar insanları aldatmağa çalışır və bu sahədə də yetərincə qeyri-peşəkarlar var. Növbəti videolarda bu tip insanlar hədəfiniz ola bilər?

– Növbəti prosesdə nə yazılacaq, hansı videoların çəkiləcəyi ssenaridən asılıdır. Hazırda ssenaridə bununla bağlı nəsə olub-olmadığı haqqında məlumatım yoxdur. Həyat "həkim"dən hər an, hər şey gözləmək olar (gülür).

– Çoxları bürclərdə ayrı-seçkilik etdiyinizi düşünürlər. Belə yanaşmanız var?

– Qətiyyən ayrı-seçkilik yoxdu. Bəziləri tərəzi bürcü haqqında çox paylaşım etdiyimi deyir. Ətrafda kim çoxdursa, çəkilişi kim çəkir, ondan danışıram. Tərəzi bürcü çəkir deyə belə alınır, əqrəb çəksə ondan danışacam (gülür).

Zarafat bir yana, tərəzi bürcü təsadüfən oldu. Biz orada danışdıq ki, bürcə toxunaq. Zaur bəy nəsə deyir, zarafatlaşırıq. Buna görə tərəzi bürcü çox hallanır.

İlk bürc videosu qız bürcündən başladı. Sadəcə mən bəzi bürcləri müşahidə eləməmişəm. Çoxları yazır ki, dolça bürcünə aid niyə video çəkmirsiniz? Mən istəmirəm kitablardan, internetdən oxuyum hazırlayaq. İstəyirəm ki, həmin bürcdən olan insanları müşahidəm nəticəsində olsun, tanıyıb hazırlayım. O videolar insanların niyə xoşuna gəlir? Çünki həqiqətən tanıdığım, halına, xasiyyətinə bələd olduğum insanlardan danışıram. Və videoları izləyən insanların çoxu "ayda, bu mənəm", "necə də dəqiq bilirsiniz" kimi şərhlər yazırlar.

Həm də bizim əsas strategiyamız bürclər deyil. Ona görə davamlı hazırlaya bilmirik. Sadəcə izləyicilər istəyir deyə arada çəkirik.

– Akademiya uğur qazanan tələbələri hansısa ölkəyə təcrübə və ya təhsil almağa göndərəcək?

– Yaxın vaxtlarda səfərlərimiz olacaq. İndidən demək tezdi.

– "Həyat nə qəribəsən" serialının çəkilişləri harada aparılır?

– Ssenari mərhələsindəyik. Birinci seriya çəkilib və mənə od qoydu (gülür). Çəkiliş Bakı şəhərində klinikaların birində aparılır.

– Teatr sahəsində özünüzü sınamaq istərdiniz?

– Akademiyada 6 ayımız tamam olanda imtahan verəcəyik. İmtahan proqramında teatr tamaşaları var. Nəcəf bəy Vəzirovun "Sonrakı peşmançılıq fayda verməz" əsərində Fatma xanım, "Nə əkərsən, onu biçərsən" əsərində isə Nurcahan, bir də uşaq tamaşası var, orada dəcəl keçini oynayacam.

Teatrı gec anladığıma görə, çox peşmanam. Bu sənəti çox sevsəm də, teatr anlayışı məndə burada formalaşdı. Kino və teatr fərqli sahədir, ikisində də olmaq, uğur qazanmaq istərdim. Amma hər zaman teatrda olmaq, çalışmaq istəyərdim. Sənəti öyrənənə qədər insan haradasa tanınmaq istəyir, filmə çəkilmək istəyir. Amma öyrəndikdən sonra inanın ki, yox. Arzulayırsan ki, hər şeyi tam öyrənəsən. İndi demək olar ki, özümə yatırım edirəm, öyrənirəm.

– Maraqlıdır, sizinlə sosial şəbəkələrdə tanış olmaq istəyənlər var? Orada evliliklə bağlı təklif edənlər olurmu?

– 1 metr 50 sm boyu olan Həyatın nə boyda şəxsi həyatı ola bilər ki… Bir tikə (gülür).

Şəxsimə biri yazmışdı ki, 200 hinduşkam var. Hazırda favorim odur. O da özü yox, hinduşkaları diqqətimi çəkdi. Qarşıdan da yeni il gəlir. Onlar haqqında bütün məlumatları anam bilir. Şəxsimə anamla, Zaur bəy baxır. Siyahı da onlardadı. Vaxtım olan kimi dəyərləndirəcəm (gülür).

Hamını güldürən "Həyat həkim": "O videodan sonra mənə yazdılar ki..." - MÜSAHİBƏHamını güldürən "Həyat həkim": "O videodan sonra mənə yazdılar ki..." - MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2983   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Açar ustası ilə çilingər eyni işi görürlər ?

Açar ustası ilə çilingər anlayışları gündəlik həyatda tez-tez qarışdırılan peşələr sırasında yer alır. İnsanlar qapı açılmadıqda və ya açar itdikdə bu iki termini eyni məna daşıyırmış kimi istifadə edirlər. Halbuki, bu sahələr arasında həm texniki, həm də funksional baxımdan müəyyən fərqlər mövcuddur

28.01.2026 554
.

"YouTube" milyonlarla abunəçisi olan kanalları sildi

"YouTube" süni intellektlə hazırlanmış aşağı keyfiyyətli məzmunla mübarizə çərçivəsində bir neçə məşhur kanalı eyni vaxtda platformadan silib. xəbə verir ki, onlayn video montaj platforması Kapwing-in yeni hesabatı göstərir ki, "Google"a məxsus "YouTube" 2026-cı ilin əvvəlind

31.01.2026 754
.

Qadınlar doğuşda, yoxsa abortda daha çox ölür? - ARAŞDIRMA

Alimlər qadınların hamiləlik dövründə və hamiləliyin öz istəyi ilə dayandırılmasından sonra həyat üçün mövcud riskləri müqayisə ediblər. ABŞ-da aparılan yeni genişmiqyaslı tədqiqat göstərib ki, hamiləlik və doğuş zamanı ölüm riski əvvəlki proqnozlarla müqayisədə üç dəfə yüksəkdir. Alimlər xəbərdarlı

08.02.2026 292
.

Pinqvinlərin gizli həyatı - Onların şirin görünüşlərinin arxasında nə gizlənir?

Pinqvinlər düşündüyümüzdən daha dözümlü və mürəkkəb canlılardır. Onların sevimli və oynaq görünüşü arxasında sərt iqlim şəraitinə uyğunlaşma, uzun məsafələr qət etmə, sıx koloniyalarda yaşama və məhdud qida ehtiyatları ilə başa çıxma bacarığı dayanır. Bu xüsusiyyətlər milyonlarla il ərzində formalaşmı

01.02.2026 483
.

Puşkinlə eyni tarixdə vəfat etdi

Rus şairi Aleksandr Puşkinin nəvəsinin nəticəsi (təqribən dördüncü nəsil nəticəsi) Vyaçeslav Qütsko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə Puşkin adına Dövlət Muzeyi teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Qütsko yanvarın 29-da 89 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmas

08.02.2026 284
.

Hüseyn TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Tanınmış bloger Hüseyn Həsənov sosial media hesabında etdiyi yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib. O, idman zalından paylaşdığı fotosu ilə fiziki formasını və əzələlərini nümayiş etdirib. Paylaşım qısa zamanda izləyicilər arasında müzakirə mövzusuna çevrilib. Hüseyn Həsənov fotoya "Bir a

31.01.2026 916
.

Klaviatura ilə işləyənləri gözləyən təhlükə

Barmaqlarda ağrı və uyuşma, ön qollarda zəiflik, çiyinlərdə və boyun nahiyəsində gərginlik təkcə yorğunluğun nəticəsi deyil, eyni zamanda bədənin verdiyi xəbərdarlıq siqnalları da ola bilər. Bu hallar çox vaxt klaviaturanın özündən yox, ondan düzgün istifadə edilməməsindən qaynaqlanır. xəbər verir ki

08.02.2026 247
.

Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - GİZLİ SƏBƏB

Keçmiş Sovet İttifaqının memarlıq simvoluna çevrilən binaların mərtəbə sayı təsadüfi deyil. Şəhərləri bürüyən bu standart hündürlüklərin arxasında həm insan sağlamlığı, həm də ciddi dövlət qənaəti dayanırdı. xəbər verir ki, 1950-60-cı illərdə sürətlə tikilən "Xruşşovka"ların 5 mərtəbəli olmasını

08.02.2026 390
.

Böyük Britaniyada 600 nəfər bir xoruzun xilası üçün petisiya başladıb

Böyük Britaniyada "Polkovnik" ləqəbli xoruza səhər banladığına görə ölüm cəzası verilə bilər. -ın xəbərinə görə, "Daily Star" nəşri məlumat verib. Səs-küylü quşun Oldebi kəndindən olan sahibi, Syu Fartinq adlı qadın yerli şuradan xəbərdarlıq alıb ki, əgər xoruzu susdurmasa, quşa "məcbur

07.02.2026 277
.

TOP MP3