FHN-in xilasedicisi: "Gəncədə baş verən partlayış zamanı südəmər uşağı anasının qucağından çıxarmışıq" - FOTO
"Biz 2020-ci il 17 oktyabrda Gəncədə baş verən partlayış zamanı hadisə yerinə çatanda barıtın iyindən və toz-dumandan demək olar ki, heç nə görmürdük. Sadəcə qışqırıqlar, haraylar, bəzi yerlərdə sıxışıb qalmış insanların səsi eşidilirdi".
Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzində xüsusi xilasetmə hissəsinin xilasedicisi Mərdan Şirinov bildirib.
Onun sözlərinə görə, partlayış baş verən anda Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə çıxmaq üçün həyəcan siqnalı verilib:
"Partlayışdan sonra qalıqlar altından bir neçə şəxs xilas edilib. Onlar arasında körpələr də vardı. Təəssüf ki, həlak olanlar da var idi. Bir evin eyvanı salamat qalmışdı. Oradan balaca bir qızı xilas etdim və aidiyyəti üzrə təhvil verdik. Daha sonra iş yoldaşlarımla ər, arvad və uşağını xilas etdik".
O deyir ki, ötən il Gəncədə apardığı xilasetmə işi ömrünün sonuna qədər acı bir xatirə kimi yaddaşında qalacaq:
"Hadisə zamanı südəmər uşağı anasının qucağından çıxarmışıq. Onun isti bədənini hiss etdim. Bu, mənim üçün ən çətin və təsirli idi. Mən nə qədər soyuqqanlı olmaq istəsəm də, bir il əvvəl yaşanan hadisədən sonra həyata tam başqa cür baxıram. Bir neçə ay gecələr elə bilirdim ki, həmin uşaqlarla birlikdə yatıram. Əraziyə yığılan torpaq, dəmir, taxta parçalarını heç bir texnika işlətmədən təmizlədik ki, sağ qalanlara və meyitlərə zərər verməyək".
Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 1 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SKAD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutmuşdu.
Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 991 Tarix: 17 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrpen şəhərinin fəxri vətəndaşı adı - Azərbaycanın güclü diplomatiyasının növbəti təzahürü
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ukraynanın İrpen şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və həyata keçirdiyi uğurlu xarici siyasət kursunun daha bir göstəricisi kimi qiymətləndirilir. Bu hadisə təkcə bir təltif deyil
17.08.2026 188 Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var
Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri
17.08.2026 207 Azərbaycanda 187 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarıldı
Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsu
17.08.2026 146 Arvadını 14 bıçaq zərbəsi iləöldürmüşdü - HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. xəbər verir ki, məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilənə şəxsə onun hüquq və vəzifələr
17.08.2026 179 Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatdı
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17.08.2026 206 Amaliya Pənahovanın hədiyyə etdiyi xəncər satışa çıxarılıb?
Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid xəncərin Türkiyədə satışa çıxarıldığı deyilir. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Qaynarinfo-ya açıqlamasında satışa çıxarılan xəncərdən xəbərsiz olduğunu deyib:. "Biz Amaliya xanımla uzun illər bir yerdə işləmişik. Onun həyatı
17.08.2026 223 Bu meydana Taras Şevçenkonun adı verildi
Bakıdakı meydanlardan birinə Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, bura Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsini
17.08.2026 209 Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu
"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub
17.08.2026 267 Parkda kütləvi atışma: ölən və yaralananlar var
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Çarlz Yanq parkında kütləvi atışma baş verib. xəbər verir ki, bu barədə yerli WKYT telekanalı məlumat yayıb. Leksinqton polisi bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetm
17.08.2026 199