Füzuli rayonunun şəhid olan mülki sakinləri – VİDEO

Füzuli rayonunun şəhid olan mülki sakinləri – VİDEOVətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin bir qisminin xatirələri eyni məkanda cəmlənib.

Bir il əvvəl bu qəhrəman oğullar silaha sarılaraq düşmən üzərinə getdilər. Kimisi valideynlərini, kimisi ömür-gün yoldaşını, kimisi də göz bəbəkləri kimi qoruduqları övladlarını vətənə əmanət edərək getdilər.

Bu çətin günlərdə bütün ölkə vətəndaşları kimi Füzuli sakinləri də dəmir yumruq ətrafında sıx birləşərək ordumuza dəstək oldu.

Erməni faşistləri rayonun Horadiz qəsəbəsini və kəndlərini dayanmadan hədəfə alsalar da, heç kim öz ev-eşiyini tərk etmədi. Mərdi-mərdanə sonadək əzm nümayiş etdirdilər.

Daha ətraflı Baku TV-nin süjetində:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 243   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş