Yerin altında da sıxlıq və ləngimə: Səbəb nədir?

Yerin altında da sıxlıq və ləngimə: Səbəb nədir?Pandemiya dönəmində ölkə ərazisində bir sıra məhdudiyyətlər tətbiq edilsə də, zamanla onlar aradan qaldırılır. "Bakı Metropoliteni" də yeni tədris ilinin açılması ilə eyni vaxtda öz fəaliyyətini bərpa etdi. Metropoliten sərnişindaşımada hər zaman mühüm önəm kəsb edib və paytaxt ərazisində nəqliyyat sıxlığının azalmasına təsir göstərib. Bir sıra sahələrin yenidən əvvəlki normal fəaliyyətə başlaması, şübhəsiz ki, metroda sərnişindaşımaya da təsirsiz ötüşmür.

Bu səbəbdən də, "Bakı Metropoliteni" pik saatlarda qatarlar arasında intervalı azaldır. Elə bu günlərdə qurumun yaydığı açıqlamada da müəyyən edilmiş pik saatlarda intervalın 2 dəqiqəyə endirildiyi bildirilirdi. Lakin metrodan daha çox istifadə edən şəxslər iddia edirlər ki, pik saatlarda 2 dəqiqəlik intervala riayət olunmur. Qatarlar 3,5-4 dəqiqə aralığında hərəkət edirlər ki, bu da pik saatlarda sıxlığa səbəb olur. Əgər belə bir durum varsa, ləngimələrə səbəb nədir?

Məsələ ilə bağlı "Kaspi" qəzeti araşdırma aparıb.

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovbildirdi ki, yeni tədris mövsümü başlayandan metropolitendə yubanma cəmi bir dəfə qeydə alınıb: "Bu, "İçərişəhər" stansiyasında qatara növbəti baxış keçirilməsi ilə bağlı olub. Həm də hadisə səhər pik saatdan əvvəl və qatarların xəttə çıxması dövrünə təsadüf etdiyindən, yalnız iki qatar arasında intervalda əksini tapıb. Başqa sözlə, ciddi qrafik pozulması, cədvəldən kənara çıxılma olmayıb. Ümumən metropolitendə 2-dəqiqəlik interval gur saatlarda tətbiq edilir. Yəni səhər 7:30-dan 9:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər. Bu iddia "28 May-Həzi Aslanov" sahəsinə aiddir. Təbii olaraq, iki xətt "28 May" stansiyasında kəsişdiyindən, bu stansiyadan həm "Dərnəgül", həm də "İçərişəhər" istiqamətində interval 2 dəfə böyüyür. Amma ümumən, gün ərzində ehtiyat qatarlar nəzərdə tutulur və lazım olduqda xəttə buraxılır. Bütövlükdə monitorinqlərlə bağlı qeydlərimdə yubanma, qrafik pozulması yoxdur. Yeganə istisna yuxarıda qeyd etdiyim iki qatar arasındakı intervaldır. Əgər hər hansı şübhə varsa, məmnuniyyətlə araşdırarıq".

Metropoliten rəsmisi qeyd etdi ki, ümumən, yoxlama-nəzarət mexanizmlərində diqqət yetirilən əsas hədəflərdən biri də qapıların saxlanmamağına yönəldilib: "Hələlik, müsbət tendensiya var. İl yarımdan artıqdır ki, pandemiya şəraitində olduğumuzdan və metropolitenin fəaliyyətində zamanla məhdudiyyətlər tətbiq edildiyindən, sərnişinlər arasında metrodan istifadənin bir sıra məqamlarını xüsusi nəzarətdə saxlayır və onlar arasında iş aparırıq. Monitorinqlərə uyğun olaraq, tədris mövsümü tam həcmdə başladığından, sərnişinlərin axın istiqamətləri, gün ərzində sıxlıq müddətləri xüsusi araşdırılır.

Metrodan ilk dəfə və ya buna qədər az istifadə edənlərin uyğunlaşması, səmti daha asan və avtomatik müəyyən etməsi və s. praktiki vərdişlərin formalaşması kimi məsələlərə də xüsusi diqqət yetiririk. Hətta 2019-cu illə müqayisədə müsbət cəhətlər çoxdur. Bunu qoruyub saxlamaq metropolitençilərlə sərnişinlərin birgə və qarşılıqlı münasibətindən də çox asılıdır. Pandemiya dövründə maskanın düzgün taxılmasına bundan sonra da ciddi əməl olunsa, müsbətə doğru irəliləyiş davam edəcək. Bir də onu xüsusi qeyd edim ki, daşımaya, qrafikin pozulmasına gətirib çıxaran yubanma və onun səbəblərini açıq şəkildə ictimaiyyətə dərhal açıqlayırıq. Gizli heç nə saxlamırıq".

B.Məmmədov əsaslı sərnişin artımının olduğunu vurğulayıb: "Amma bunu, yəqin, hər kəs bilir və gözləyirdi. Tədrisin tam həcmdə başlaması və bu şəraitdə metropolitendə seyrəklik müşahidə etməyin qeyri-mümkün olacağını adi məntiq də deyirdi. Əgər normal həyata qayıdışdan danışırıqsa, 2020-ci ilin martına qədər olan dövrdəki kimi metroda gur saatlarda sıxlıq, dərs vaxtının başa çatmasından asılı olaraq bəzi stansiyaların dolub-boşalması, zamanla daşıma yükünün artması adi hal sayılmalı deyil? Mən başqa cür təsəvvür etmirdim də".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1193   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.