Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTO

Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTOKeçən ilin 17 oktyabrı... Gəncə şəhərinin növbəti dəfə ballistik raketlərlə atəşə tutulduğu gün. Qulaq batıran partlayış səsindən sonra dağılan yaşayış yerlərindən hər tərəfə toz-duman yayılır. Dağılmış evlərin birindən "Ana, ata haradasınız" deyə qışqıran 4 yaşlı Xədicənin səsi gəlir. Hər tərəfi insan iniltisi, ah-naləsi bürüyüb. Kimisi anasını, atasını, qardaşını, kimisi də oğlunu, nəvəsini, həyat yoldaşını səsləyir...

BiG.AZ xəbər verir ki, AZƏRTAC-ın əməkdaşları 2020-ci il oktyabrın 17-də Gəncənin raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirən balaca Xədicə ilə görüşüb.

2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə - Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə SCUD/Elbrus ballistik raketi ilə hücum edib. Nəticədə 15 dinc sakin həlak olub, 55-dən çox insan yaralanıb.

Erməni terrorunun qurbanları arasında Şahnazarovlar ailəsi də var. Ailənin yeganə yadigarı isə 4 yaşlı, hələ baş verənləri dərk etməyən balaca Xədicədir. Ermənilərin dinc əhalini hədəf alan raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib.

Balaca Xədicə indi Samuxda ana nənəsi Sevinc Ağayeva və babası Nizami Ağayevin himayəsindədir. Övladlarının təsəllisini nəvələrində tapan valideynlər onun nazı ilə oynayır, bütün arzularını yerinə yetirməyə çalışırlar.

"Gecə saatları idi, özümü narahat hiss edirdim. Elə bilirdim nəyisə itirəcəyəm, sanki ürəyimə dammışdı. Elə o gecə bu dəhşətli hadisə yaşandı. Züleyxamızı, balaca körpəmizi, kürəkənimizi itirdik. Allah ermənilərə nəhlət eləsin. Bundan artıq nə deyə bilərəm..." - deyən Xədicənin nənəsinin gözləri dolur.

Sevinc nənə deyir ki, hadisədən sonra Xədicənin gözləri 3 gün görməyib. Sonra möcüzə nəticəsində gözləri açılıb. Gözünü açanda isə ilk sözü "Anamı istəyirəm" olub...

Babası da Xədicənin qayğısına qalır, onun nazı ilə oynayır. Xədicə də babasını çox istəyir. Nizami Ağayev övladının yoxluğunda nəvəsi ilə təskinlik tapmağa çalışır. O, Gəncədə erməni terrorunu xatırlayarkən kövrəlir, dəhşətli günləri unuda bilmir. Nəvəsinin oxuyub, ölkəsinə, xalqına layiqli vətəndaş olması onun ən böyük arzusudur: "Hadisənin üstündən 1 il ötür, amma mənə elə gəlir ki, 1 gün keçib. Dinc sakinlərin, yaş yarımlıq uşağın nə günahı var idi ki? Mənim qızım, kürəkənim, bir də nəvəm oktyabrın 17-si Gəncəyə atılan raket zərbəsi nəticəsində öldülər. Nəvəmi dövlət bizə əmanət edib. Biz də çalışırıq ki, böyüdək, oxudaq, təhsil alsın, Azərbaycana, öz valideynlərinə layiqli övlad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Erməni xisləti, erməni terroru taleyinə bir dəfəlik həkk olunan 4 yaşlı Xədicə dövlətin qayğı və diqqəti ilə tam əhatə olunub. Nənəsi və babasının arzusu isə övladlarının yadigarının sağlam boya-başa çatdırmaqdır.

Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saatlarında növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını da hədəfə alıb, cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTOErməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTOErməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTOErməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm... FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1929   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 291
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 274
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 180
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 179
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11.11.2026 115
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.